BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Rafael Ağayev finalda: rəqibi yapon idmançıdır – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Almaniyanın paytaxtı Berlində keçirilən Karate1 Premyer Liqa yarışında öz çəkisində dünyanın bir nömrəli idmançısı olan Rafael Ağayev finala yüksəlib.

İstixəbər.info xəbər verir ki, 75 kq çəki dərəcəsində Olimpiya çempionluğuna namizədimiz bütün rəqiblərinə qalib gələrək, həlledici görüşə vəsiqə qazanıb.

O, finalda karatenin vətəni Yaponiyanı təmsil edən Yusey Sakiyama ilə üz-üzə gələcək.

Bundan başqa, Firdovsi Fərzəliyev (60 kq) bürünc medal görüşü uğrunda qazaxıstanlı Qeysər Alpisbayla qarşılaşacaq. Final və bürünc medal görüşləri sabah baş tutacaq.

Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (hər üçü 84 kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (hər üçü +84 kq), Roman Heydərov (kata), həmçinin Fəridə Abiyeva (61 kq) və İrina Zaretskaya (68 kq) bu gün yarışa qatılacaq.

Qeyd edək ki, Azərbaycandan 15 karateçinin qatıldığı bu yarış Tokio-2020-yə ilk lisenziya xalları verir. /Oxu.az

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26