BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qubada biçilmiş taxıl sahələrini yandıran şəxs saxlanılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sentyabrın 9-da Quba rayonunun Alpan kəndi ərazisində 1 hektar biçilmiş taxıl sahəsindəki küləş yandırılıb.

Daxili İşlər Nazirliyindən İstixəbər.info-ya verilən məlumata görə, görülmüş təxirəsalınmaz tədbirlərlə yanğının qarşısı alınıb, bu zaman xəsarət alan olmayıb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla yanğının həmin kənd sakini Rauf Şükürov tərəfindən törədilməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən saxlanılarkən R.Şükürov ictimai qaydanı pozub. Şöbəyə gətirilən həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə onun barəsində 5 gün müddətində inzibati həbs qərarı çıxarılıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26