BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xarici vətəndaşa məxsus mağazadan oğurluq edən şəxlər saxlanılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Türkiyə Respublikasının vətəndaşı Temiz Serkan Necati Goranboy Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus, rayon ərazisindəki pərdə-tül mağazasına sentyabrın 11-dən 12-nə keçən gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradakı seyfdən 17.000 ABŞ dolları məbləğində pul oğurlayıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, dərhal Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, həmin mağazada sürücü işləyən Ağasəf Seyidov şübhəli qismində saxlanılıb. İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və bu işdə ona tanışı Elmir Əliyevin kömək etdiyini bildirib.
Davam etdirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsi olaraq Elmir Əliyev respublikanı tərk etmək istəyən zaman saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26