BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda bu obyektlərdə məcburi POS-terminallar quraşdırılacaq


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycanda bir neçə obyektlərdə məcburi şəkildə POS-terminallar yerləşdiriləcək.

İstixəbər.info Trend-ə istinadən bildirir ki, Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev bildirib.

İdarə direktoru bildirib ki, POS-terminallara məhdudiyyət yoxdur və sahibkar öz istəyi ilə könüllü şəkildə öz obyektində ödəniş sistemini yerləşdirə bilər.

“Bu gün Azərbaycanda obyektlərdə 77 minə yaxın POS-terminallar quraşdırılıb. Terminallar əhalinin daha çox istifadə etdiyi obyektlərdə yerləşdirilib. Ödəniş terminalı olmayan pərakəndə ticarət, iaşə və əsasən mehmanxanalar kimi xidmət müəssisələrində məcburi şəkildə POS-terminallar yerləşdiriləcək”.

Ə.Quliyev qeyd edib ki, Nazirlər Kabinetinin POS-terminalların quraşdırılması ilə bağlı qərarı var və həmin qərarda nəzərdə tutulan obyektlərin siyahısını tam əldə etmək mümkündür.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26