BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Direktorun məktəbli forması və ləvazimatın alınması üçün valideyn qarşısında tələb qoyması qanunsuzdur


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“İstər məktəbli forması, istərsə də məktəb ləvazimatının əldə olunması ilə bağlı direktor və ya orada çalışan hansısa işçinin valideyn qarşısında tələb qoyması tamamilə qanunsuz davranışdır”.

İstixəbər.info Trend-ə istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva deyib.

M.Vəliyevanın sözlərinə görə, idarəyə bu kimi siqnallar daxil olduqda müvafiq addımlar atılır:

“Heç bir məktəb rəhbərliyinin əlində əsas yoxdur ki, valideyni bu və ya digər məktəbli formasını almağa məcbur etsin. Sadəcə olaraq, ümumi yanaşma odur ki, məktəblərin ümumi nizamnaməsinə görə, şagirdlər məktəbli formasında gəlməlidirlər. Məktəbli formasını məktəb özü müəyyənləşdirir”.

Nazir müavini qeyd edib ki, valideynlərə isə bu formanı sərbəst seçmək imkanı yaradılmalıdır:

“Valideynlərə müraciət edirik ki, istər məktəbli formasının alınmasında, istərsə də digər məktəb ləvazimatlarının alınmasında onlara qarşı məcburiyyət tətbiq olunarsa, bu barədə Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt”inə, yaxud da idarəyə müraciət etsinlər”.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26