BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ŞƏKİDƏ POLİS PİYADALARI MAARİFLƏNDİRİB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) Dövlət Yol Polisi bölməsi (DYPB) hərəkətin intensiv olduğu ərazilərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki tədbir keçirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, ŞRPŞ-nin Post Patrul Xidməti tağımından yol polisinə ezam olunmuş polis əməkdaşları tərəfindən keçirilmiş xəbərdaredici tədbir zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb, polis əməkdaşları tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi, nişanlar barədə ətraflı məlumat verilib, piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçmələri tövsiyyə olunub. Gələcəkdə təkrar həmin qaydalara əməl etməzlərsə barələrində inzibati tənbeh tədbirlərinin nəzərdə tutulduğu onların diqqətinə çatdırılıb.

Piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması, xüsusilə də onların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26