BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Trampdan Kimə: İkimiz hər kəsin yanıldığını sübut edəcəyik


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şimali Koreyanın qurulmasının 70-ci ili münasibətilə baş tutan mərasimlərdə ABŞ-la aralarında problem yaradan nüvə silahının sərgilənməməsi Donald Trampı sevindirib.

İstixəbər.info xarici mətbuata istinadən xəbər verir ki, prezident bununla bağlı “Twitter” hesabında paylaşım edərək Şimali Koreya prezidenti Kim Çem Ina təşəkkür edib.

“Şimal Koreya yaranmasının 70-ci ildönümündə parad zamanı nüvə silahını sərgiləməyib. Mövzu sülh və iqtisadi inkişafdır. Bu, Şimali Koreyadan gələn çox böyük və yaxşı bir xəbərdir. Lider Kimə təşəkkürlər.  İkimiz hər kəsin yanıldığını sübut edəcəyik. Bir-birini sevən iki gözəl insanın dialoqu başqa olur. Mən vəzifəyə gəlməmişdən öncəki vəziyyətdən daha yaxşıdır”, – deyə Tramp yazıb.

Qeyd edək ki, ABŞ-la Koreya yarımadasını nüvə silahlarından təmizləmək üçün görüşlərini davam etdirən Şimali Koreyanın “nüvəsiz” hərbi parad etməsini Trampın əsas gündəmində idi.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26