BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

DSX-NİN ƏSGƏRİ BIÇAQLANIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sentyabrın 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) “N” saylı hərbi hissəsində 1997-ci ildə Cəlilabad rayonunda anadan olan və bu ilin iyulunda Silahlı Qüvvələrə çağırılmış əsgər İsgəndərov Ceyhun İsa oğluna mülki şəxs tərəfindən bədən xəsarəti yetirilib.

DSX-nin mətbuat mərkəzindən İstixəbər.info-ya bildiriblər ki, hadisə saat 15:00 radələrində baş verib. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüş müddətində guya əsgər C.İsgəndərovun valideynlərinin göndərişi üzrə onunla görüşə gəlməsi bəhanəsi ilə müraciət edən 1986-cı il təvəllüdlü, Ağdam rayon sakini Hüseynov Camal Saleh oğlu qəfildən əsgərin döş və qarın nahiyəsinə özü ilə gətirdiyi bıçaqla üç zərbə endirib.

Əsgərin həyatını xilas etmək üçün dərhal təxirəsalınmaz tədbirlər görülüb, yaralı Sumqayıt təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Xəstəxananın və DSX hərbi hospitalının həkimləri tərəfindən əsgər C.İsgəndərov hazırda əməliyyat olunur, vəziyyəti ağırdır.

Əsgərin valideynlərinə hadisə barədə məlumat verilib. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev hadisə ilə əlaqədar Sumqayıt təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına gəlib.

Hadisəni şəxsi münasibət zəminində törətdiyini bildirən C.Hüseynov saxlanılıb, hərbi prokurorluq orqanları bu barədə məlumatlandırılıb. Faktla əlaqədar müvafiq tədbirlər davam etdirilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26