BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SUMQAYIT VƏ LƏNKƏRAN SAKİNLƏRİNDƏN SİLAH-SURSAT GÖTÜRÜLÜB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sumqayıt şəhər sakinindən silah-sursat götürülüb.

İstixəbər.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, daxil olan məlumat əsasında Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Hüseynovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş “TOZ-BM” markalı nömrəsi silinmiş tüfəng və 1 ədəd patron götürülüb.

Anoloji hadisə Lənkəran rayonunda da qeydə alınıb. Əldə edilən əməliyyat məlumatı əsasında Lənkəran şəhər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Cil kənd sakini Tarıverdi Məmmədovdan 1 ədəd “TOZ-66” markalı tüfəng, 1 ədəd patron, 5 ədəd boş giliz və 1 ədəd patron yığmaq üçün kəmər götürülüb.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26