BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

GÖMRÜKDƏN QANUNSUZ QIZIL KEÇİRMƏK İSTƏDİ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Gömrükçülər külli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən İstixəbər.info-ya verilən xəbərə görə, “Yalama” gömrük postunda Bakı-Moskva qatarının sərnişini olan Azərbaycan Respublikasının vətəndaşına məxsus əl yüklərinə gömrük baxışı keçirilib. Baxış zamanı, əl çantasındakı iki ədəd bağlamanın içərisində gömrük nəzarətinə bəyan edilməyən 505 qram gümüş zərgərlik məmulatları – 111 ədəd üzük, 102 cüt sırğa, 41 ədəd boyunbağı, 38 ədəd qolbaq və 54 ədəd kulon aşkar olunub.

Bundan başqa, digər paketin içərisindəki bağlamada isə gömrük nəzarətindən gizlədilmiş 141 qram qızıl zərgərlik məmulatları – 3 ədəd qolbaq, 1 ədəd boyunbağı, 2 ədəd üzük-sırğa dəsti və 1 ədəd kulon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26