BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

OĞURLUQ EDƏN ŞƏXS SAXLANILDI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qubada oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, Quba rayon sakini olan bir qadın sentyabrın 1-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən pul və müxtəlif qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar Quba RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Qalib Əlibəyov saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişə məxsus evə pəncərədən qanunsuz daxil olaraq oradan 400 manat və qızıl-zinət əşyaları oğurladığı məlum olub.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları satdığı mağazadan maddi sübut kimi götürülüb. Faktla bağlı Quba RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26