BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ÇƏTƏNƏ ƏKƏN ŞABRAN RAYON SAKİNİ SAXLANILDI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, sentyabrın 6-da Siyəzən RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini Elvin Şamilov tərəfindən Siyəzən şəhəri ərazisində yerləşən yaşıllıq ərazidə xüsusi aqrotexniki qaydada qulluq edərək yetişdirilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb. RPŞ-nin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə həmin əraziyə baxış zamanı oradan yaş çəkisi 5 kq yaxın, hündürlüyü 160-190 sm olan 4 ədəd çətənə kolu və saxlanılan şəxsin üzərindən qurudulmuş marixuana aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26