BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

KƏŞFİYYAT XİDMƏTİNİN ƏMƏKDAŞLARI FORMA İLƏ TƏMİN OLUNACAQ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları təsdiq edilib.

İstixəbər.info-un məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları təsdiq edilir.

Xarici Kəşfiyyat Xidmətinə tapşırılır ki, Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari ilin dekabr ayının 31-i vəziyyətinə dair hesabatı növbəti ilin fevral ayının 15-dək Maliyyə Nazirliyinə təqdim etsin.

Bu qərarın icrası ilə bağlı maliyyələşdirmə məsələləri dövlət büdcəsində Xarici Kəşfiyyat Xidmətinə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26