BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Zaqatalada doğuş zamanı ana öldü


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Zaqatala rayonunda ana ölümü baş verib.

İstixəbər.info xəbər verir ki, rayonun Uzunqazmalar kənd sakini, 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı sentyabr ayının 5-i səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasına doğum üçün müraciət edib. O, günorta saalarında qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. Əməliyyatdan sonra axşam saatlarında ailəsinə ananın ölməsi ilə bağlı məlumat verilib. Mərhumun yaxınlarının bildirdiyinə görə, S.Karatova narkozdan ayılmayıb.

Körpənin vəziyyəti normaldır.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından “Report”a bildirilib ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinin rəyindən sonra ölümün dəqiq səbəbi bilinəcək.

Qeyd edək ki, S.Karatovanın yaşyarımlıq oğlu da var.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26