BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ev yardı, tutuldu, həbsdən çıxıb eyni evə oğurluğa getdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və oğurluq cinayətlərini törədən 4 nəfərdən ibarət dəstənin məhkəməsi başlayır.

İstixəbər.info saytının məlumatına görə, cinayət məcəlləsinin 181 və 177-ci maddələri ilə təqsirli bilinən Səyavuş Şəfiyev, Kamal Fərhadov, Elçin Aslanov və Ramil Quliyevin məhkəmə prosesinin hazırlıq iclası sentyabr ayının 10-da hakim Fikrət Qəribovun sədrliyi ilə keçiriləcək.

2017-ci il oktyabrın 23-də dörd nəfər naməlum şəxs Xətai rayon sakini Viktor Məmmədovun evinə quldurluq niyyəti ilə daxil olaraq onun 2500 manat pulunu və 500 dollar pulunu ələ keçirib hadisə yerindən uzaqlaşıblar. Cinayət işində 4 nəfər zərərçəkmiş qismində tanınıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayətin əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər –Səyavuş Şəfiyev, Kamal Fərhadov, Elçin Aslanov və Ramil Quliyev tərəfindən törədildiyi müəyyən edilib və onlar saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvü K.Fərhadovun bir neçə il əvvəl qeyd edilən mənzildən oğurluq edib.

K.Fərhadov həmin cinayətə görə məhkum olunub azadlığa çıxandan sonra tanışı Ş.Səfiyevə yenidən həmin evin sahibinə qarşı quldurluq cinayəti etməyi təklif edib.

Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə tədbirlərlə onların paytaxtın Nizami və Binəqədi rayonlarında quldurluq, Qəbələ rayonunda isə oğurluq cinayəti törətdiyi müəyyən edilib.

Qeyd edək ki, dəstə üzvləri basqın etdikləri evlərə daxil olmaq üçün zərərçəkənlərə özlərini qonşu kimi təqdim ediblər.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26