BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mətbuat Şurasının əməkdaşı Ramil Usubova müraciət etdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Mətbuat Şurası mətbuat yayımı əməkdaşı Sakit Həsənova fiziki xəsarət yetirilməsi ilə bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb.

Mətbuat Şurasından İstixəbər.info saytına verilən məlumata görə, müraciətdə bildirilir ki, S.Həsənov avqustun 30-da gecə saatlarında naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə zərərçəkənin yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə yaşayış massivində qeydə alınıb. Nəticədə S.Həsənov döyülüb və ona soyuq silahla xəsarət yetirilib. Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş S.Həsənovun vəziyyəti ağırdır.

Müraciətdə həmçinin baş vermiş hadisənin müvafiq hüquqi qiymətinin alması üçün kömək göstərilməsi xahiş olunur, S.Həsənovun üzləşdiyi durumun ətraflı araşdırılacağına, günahkarların müəyyənləşdirilərək layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunub.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26