BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

20 min manatlıq qızıl oğurlayanlar saxlanıldı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Avqustun 30-da Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini ona məxsus evdən 29 ədəd müxtəlif qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixəbər.info saytına verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı mənzildən ümumi dəyəri 20 min manat olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin kimliyi müəyyən edilib və onlar saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Qızıl-zinət əşyalarını qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək gizli yolla talayıb, oğurlayan şəxslərin Balakən rayonunun İtitala kənd sakinləri Natiq Həsənov və Nuri Şabanov olduğu müəyyən edilib, oğurladıqları qızıl-zinət əşyaları da polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.
Onların digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26