BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Mançester Yunayted”dən qələbə, “Tottenhem” məğlub oldu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sentyabrın 2-də İngiltərə Premyer Liqasının dördüncü turuna yekun vurulub.

İstixəbər.info xəbər verir ki, turun ən gözlənilməz hesabı “Vikarac Road” stadionunda qeydə alınıb. Meydan sahibi “Uotford” çempionatın favoritlərindən hesab olunan “Tottenhem” klubunu 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. London təmsilçisi hesabda öndə olsa da, sonradan qapısında iki qol görərək məğlub olub. “Uotford”un heyətində Troy Deeney və Kraiq Kartçart fərqləniblər. Meydan sahiblərinin digər futbolçusu Dukure isə avtoqola imza atıb.

Turun digər qarşılaşmasında “Mançester Yunayted” səfərdə “Börnli” klubunun qonağı olub. Matç Joze Mourinyonun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hər iki qolun müəllifi “Qırmızı şeytan”ların belçikalı hücumçusu Romelu Lukaku olub.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Lester Siti” – ”Liverpul” – 1:2

“Brayton” – “Fulhem” – 2:2

“Çelsi” – “Bormunt” – 2:0

“Kristal Palas” – “Sauthempton” – 0:2

“Everton” – “Haddersfild” – 1:1

“Vest Hem” – “Vulverhempton” – 0:1

“Kardiff Siti” – “Arsenal” – 2:3

“Mançester Siti” – “Nyukasl” – 2:1.

Hazırda turnir cədvəlinə hesabında 12 xal olan “Liverpul”, “Çelsi” və “Uotford” klubları başçılıq edirlər. Aktivində 10 xal olan “Mançester Siti” dördüncu, 9 xala malik “Tottenhem” isə beşinci yerdədir./Ölkə.Az

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26