BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

BlackBerry yeni smartfonunu təqdim etdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hazırda “BlackBerry” smartfonları üzərində işləyən Çinin “TCL Communication” şirkəti yeni “BlackBerry KEY2 LE” smartfonunu təqdim edib. Bu, iyunda təqdim edilmiş “BlackBerry KEY2” smartfonunun sadə və ucuz versiyasıdır.

İstixəbər.info ICTnews-ə istinadən bildirir ki, “BlackBerry KEY2 LE” smartfonu “QWERTY” düzülüşlü klaviaturaya malik formada hazırlanıb. Arxa paneldə ikiqat kamera quraşdırılıb, barmaq izi skaneri boşluq klavişinə inteqrasiya edilib.

Smartfon “Qualcomm Snapdragon 636” prosessoru, 1620×1080 piksel təsvir ölçülü 4,5 düymlük sensor ekran, 13+5 meqapiksellik əsas kamera, 8 meqapiksellik ön kamera, 4 QB-lıq əməli yaddaş və 32/64 QB-lıq daxili  fləş yaddaşla təchiz edilib. 3000 milliamper/saat tutumlu akkumulyator “Quick Charge 3.0” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. Smartfon “Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

İki SİM kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 ac), “Bluetooth 5 LE”, “GPS+QLONASS”, “NFC” və “FM” radio dəstəklənir, “USB Type-C” portu və qulaqlıqlar üçün 3,5 mm-lik konnektor mövcuddur. Aparatın ölçüləri 150,25×71,8×8,35 mm, çəkisi isə 156 qram təşkil edir.

“BlackBerry KEY2 LE” növbəti ay satışa çıxarılacaq. 32 QB-lıq daxili yaddaşa malik modelin qiyməti 399 dollar, 64 QB-lıq isə 499 dollar təşkil edəcək.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26