BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xəstəni xəstəxanaya aparan maşın qəza törədib, iki nəfər ölüb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Salyan rayonunda iki nəfərin ölümü ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

İstixəbər.info  xəbər verir ki, hadisə rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə hərəkətdə olan “VAZ-2107” markalı 50-CC-042 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “Ford” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində ““VAZ-2107”nin sürücüsü, rayonun Həsənli kənd sakini, 1984-cü il təvəllüdlü Vəliyev Samil Ələşrəf oğlu ölüb, maşında olan sərnişin, rayonun Qardili kənd sakini 1958-ci il təvəllüdlü Şikarov İbad Bayramoğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralanan şəxsi xəstəxanaya aparan “Mercedes” markalı avtomobil rayonun Tale Davudzadə küçəsində (köhnə bazar) işıq dirəyinə çırpılıb, hadisə nəticəsində sürücü xəsarət alıb. Yaralı isə başqa maşınla Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin xəstəxanaya çatarkən onun da öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır./report

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26