BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda sevgililər asılmış vəziyyətdə tapıldı – İntihar, yoxsa sui-qəsd?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qəbələdə bir-birini sevən iki gənc intihar edib.

İstixəbər.info xəbər verir ki, rayondan aznews.az-a verilən məlumata görə, hadisə avqustun 28-də axşam radələrində baş verib. Məlumatı verən şəxsin sözlərinə görə, cütlük ailə qurmaq istəyib, amma oğlan evi buna qarşı çıxıb:

“Sevgililər asılmış vəziyyətdə tapılıb. Qız ailə qurub ayrılmışdı. Bir uşaq anasıdır. Oğlanın 24 yaşı var. Bir-birlərini sevirlərmiş. Oğlan qızla ailə qurmaq istəyib. Amma oğlanın ailəsi buna mane olub. Onlar da çıxış yolunu intiharda görüblər”.

Məlumatı verən şəxsin bildirdiyinə görə, cütlüyün eyni zamanda öldürülməsi versiyası da var:

“Onların səhhətində heç bir problem olmayıb. Uzun zamandır ki, əlaqələri olub, oğlan qızın yaşadığı evə gəlib-gedirmiş. Gələcək həyatlarına qərar verən iki sağlam insan niyə intihar etsin?”

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26