BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Keçmiş məhkumun evindən 16 ədəd çətənə kolu və 3,147 qram marixuana aşkar edilərək götürülüb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixəbər.info saytına verilən məlumata görə, daxil olmuş məlumat əsasında Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Quba şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Məlikov saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə Rauf Məlikovun üzərinə baxış keçirilən zaman onun əlindəki sellofan torbada ümumi çəkisi 200 qrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Xaçmaz rayon İdrisoba kənd sakini, əvvəllər məhkum olunmuş Elman Çobanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu və 3,147 qram marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26