BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Gələnlərdən xahiş edəcəyəm ki…” Yaşar Cəlilov – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan şou-biznesinin daha bir nümayəndəsi subaylıqla vidalaşır.

İstixəbər.info xəbər verir ki, bu, tanınmış müğənni Yaşar Cəlilovdur.

İfaçının toy məclisi bu gün Bakı restoranlarından birində baş tutur. Nigar adlı xanımla ailə həyatı quran Yaşarın bugünkü toy məclisi gəlinsiz keçirilir.

Gələn ayın 4-də baş tutacaq toyda isə gəlin də iştirak edəcək. Müğənni bugünkü məclislə bağlı bu sözləri deyib:

“Ona görə gəlinsiz toy edirəm ki, mən heç vaxt ailə üzvlərimi efirə çıxartmamışam. Buna pis baxmıram. Kimsə çıxardırsa, yaxşı edir, şəxsi işidir. Sadəcə olaraq mən sevmirəm. Gəlinlə olan məclisdən görüntüləri heç kim paylaşmayacaq.  Həmin məclisə şou-biznes nümayəndələrini də çağırmayacağam. Çağıracağım adamlar da 10-15 nəfər olacaq. Onlardan da xahiş edəcəyəm ki, paylaşmasınlar. Şəkil çəkib paylaşmaq istəyən məni tək çəkə bilər. Amma xanımla şəkil paylaşılmasını istəmirəm”.

Əldə etdiyimiz məlumata görə, Yaşar Cəlilov ayın 4-də baş tutacaq toyuna xalq artisti Faiq Ağayev, əməkdar artist Röya Ayxan, əməkdar artist Teymur Əmrah, müğənni Niyam Salami kimi sənət dostlarını dəvət edib.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26