BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Hədə-qorxu ilə pul tələb edənlər saxlanıldı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Avqustun 23-də Şəki rayonunun Abbas kəndi ərazisində yerləşən mağazalardan birinə gəlmiş 2 nəfər naməlum şəxs oradan aldıqları şirniyyatdan uşaqlarının zəhərlənməsini bildirib, bu barədə hüquq mühafizə orqanlarına xəbər verəcəkləri ilə hədələyərək mağazanın sahibindən 170 manat pul almışlar.

İstixəbər.info DİN-in saytına istinadən xəbər verir ki, Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Fariz Yəhyayev və Kəlbəcər rayon sakini İpək Məmmədova saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26