BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Aslan Aslanov dəfn olunub


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanov dəfn olunub.

İstixəbər.info xəbər verir ki, A.Aslanov , doğulduğu rayonun Əliyaqublu kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, A.Aslanov avqustun 22-dən 23-nə keçən gecə Bakıda xərçəng xəstəliyindən dünyasını dəyişib.

Xatırladaq ki, A.Aslanov 1961-ci ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub. O, 1993-cü ildən 2005-ci ilə qədər Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olub. Daha sonra 8 il kənd təsərrüfatı nazirinin müavini işləyib. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, biologiya elmləri namizədi, Beynəlxalq Ekologiya Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü və Tbilisinin fəxri vətəndaşı olub.

Allah rəhmət eləsin.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26