BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şəkər xəstəliyinin ilkin əlamətləri hansılardır?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info saytının “Bilirsinizmi?” rubrikasının bu günkü mövzusu “Şəkər xəstəliyi” haqqındadır.

Bəzən insanlarda şəkər xəstəliyi olur, amma onlar bundan xəbərsiz yaşayırlar.

Xəstəlik ağırlaşmalarla üzə çıxanda isə artıq iş-işdən keçmiş olur. Bəs şəkər xəstəliyinin ilkin əlamətləri hansılardır?

* yorğunlaq
* halsızlıq
* ürək yanğısı
* tez-tez sidiyə getmə
* arıqlama və ya hədsiz kökəlmə.

Bundan başqa bəzi əlamətlərdə vardır ki, şəkərli diabetin olmasını tam təsdiq edir. Bunlar aşağıdakılardır:

* çoxlu maye qəbul etmək istəyi
* gecələr sidiyə çıxma
* aşağı ətraflarda yaraların əmələ gəlməsi
* yaraların gec sağalması
* aralıq nahiyyədə qaşınma.

Əgər yuxarıda sadalanan əlamətlərdən bir neçəsi sizdə müşahidə edilərsə, mütləq endokrinoloqa müraciət etməyiniz məsləhət görülür. Çünki xəstəliyin diaqnozu nə qədər tez qoyularsa, sizin həyatınız bir o qədər az təhlükədə olar. Şəkərli diabet xəstəliyi aşkarlanan adam bəzi qaydalara əməl eləməlidir:

* orqanizmində baş verən narahatçılıqlar barədə həkimindən heç nəyi gizlətməməlidir
* şəkər xəstəliyi zamanı dieta və müalicə haqqında ətrafdakıların dediklərinə inanmamalıdır
* yanlız həkimin dediyinə əməl etməli, həkimin tapşırıqlarını yerinə yertirməlidir./Tiens Sağlam Heyat

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26