BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İdman

Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir – Yana Batırşina

Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir. İstixeber.info bildirir ki, bunu Trend-ə Rusiyanın əməkdar idman ustası, müxtəlif beynəlxalq idman yarışlarının qalibi, Olimpiya Oyunlarının gümüş mükafatçısı Yana Batırşina deyib. Y.Batırşina bildirib: “Biz hamımız Azərbaycan Gimnastika Federasiyasının prezidentinin kim olduğunu bilirik – bu, Birinci xanım və Birinci vitse-prezident Mehriban Əliyevadır. Əlbəttə, bunların hamısı onun sayəsindədir, bunlar hamısı onun böyük ...

Read More »

“Qalatasaray” Türkiyə çempionu oldu

Türkiyə Super Liqasında mövsümün qalibi müəyyənləşib. İstixeber.info xəbər verir ki, sonuncu turda liderliyə iddialı “Qalatasaray” klubu öz meydanında “Başakşəhər”lə qarşılaşıb. REKLAM Gərgin idman mübarizəsi şəraitində keçən görüş Fatih Terimin komandasının 2:1 hesablı qələbəsilə yekunlaşıb. Bu qələbə sayəsində “Qalatasaray” rəqibini 3 xal üstələyərək növbəti dəfə Türkiyə çempionu olub. /unikal İstixeber.info

Read More »

Azərbaycanın qadın polisi Avropa çempionu oldu

Sankt-Peterburqda pauerliftinq üzrə Avropa çempionatı keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İstixeber.info-ya verilən məlumata görə, qitənin 15 ölkəsindən 300-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil edilib. Azərbaycan yığmasının heyətində mübarizə aparan Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis baş leytenantı Ədilə Qurbanova yarışın favoritləri sırasında olub. REKLAM Qadınların yarışında dartma hərəkətində çıxış edən ...

Read More »

AFFA “Qarabağ”ı cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib. İstixeber.info xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub: Azərbaycan Premyer Liqasının 28-ci turunun “Səbail” – “Keşlə” matçında  “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.  REKLAM Oyunun 51-ci dəqiqəsində “Keşlə” klubunun futbolçusu Edvinas Girdvainis ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. ...

Read More »

Arzu Əliyeva məşhurlarla birgə “Küləyə qalib gəl”di – FOTOLAR

Bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçirilib.  İstixeber.info Unikal.org-a istinadən xəbər verir ki, marafonda dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar iştirak ediblər. “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan marafon Dövlət Bayrağı Meydanından start götürüb, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib. İstixeber.info

Read More »

“Qarabağ” ardıcıl beşinci dəfə Azərbaycan çempionu oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün qalibi müəyyənləşib. İstixeber.info xəbər verir ki, “Qarabağ” ümumilikdə 7-ci, ardıcıl isə 5-ci çempionluğunu qazanıb. Ağdam təmsilçisi buna XXVII turda öz meydanında “Səbail”i 3:0 hesabı ilə məğlub etməklə nail olub. REKLAM Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 21-ci dəqiqədə Miçel Madeyra açıb. Oyunun 42 və 69-cu dəqiqələrində Mahir Mədətov dubl edib. ...

Read More »

İrina Şeyk Ronaldo ilə niyə ayrıldı? – İk dəfə açıqladı

Bir müddət əvvəl Kriştiano Ronaldonun keçmiş sevgilisi İrina Şeykin arasındakı münasibətlərin saxta olduğu iddia edilmişdi. Belə bir iddia ilə çıxış edən rus aparıcı və aktrisa Viktoriya Bonya futolçu və modelin reklam üçün birlikdə olduğunu, 5 illik müqavilə bağladıqlarını və anlaşma bitdikdən sonra ayrıldıqlarını bildirmişdi.  İstixeber.info Unikal.org-a istinadən xəbər verir ki, İrina Şeyk iddialarla bağlı ilk dəfə danışıb: “Haqqımızda çox şey yazıldı. ...

Read More »

İdmançımız 8 illik cəza aldı – dopinqə görə

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testi müsbət nəticə verən Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayevin cəza müddətini açıqlanıb. İstixeber.info Unikal.org-a istinadən xəbər verir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) Avropa və ikiqat dünya çempionunu 8 illik cəzalandırıb. Onun orqanizmində dehidroxlormetiltestosteron, oksandrolon və stanozolol preparatları aşkarlanıb. N.Paşayev idmançı karyerasını bitirdiyi üçün artıq başa çatan cəza müddəti şərti xarakter daşıyır. Qeyd edək ki, 2017-ci il ...

Read More »

Güləşçimiz erməniyə qalib gələrək medal qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. İstixeber.info Trend-ə istinadən bildirir ki, güləşçimiz Taleh Məmmədov (63 kq) bürünc medal uğrunda görüşdə ermənistanlı idmançını məğlub edib. Güləşçimiz bundan öncə təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Daha sonra yerli idmançıyla görüş gərgin mübarizə şəraitində keçib və yenə sevinən tərəf təmsilçimiz olub, lakin yarımfinalda Məmmədov Norveç idmançısına yenilib. Digər güləşçimiz Eldəniz ...

Read More »

Kəmaləddin Heydərovun oğlu istefa verdi

Bu gün “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib.  İstixeber.info xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qeyd edək ki, Tale Heydərov “Qəbələ”nin prezidenti vəzifəsində fəaliyyətə 2006-cı ildə başlayıb. Klub onun dövründə iki dəfə – 2015-2016 və 2016-2017 mövsümlərində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Qırmızı-qaralar” 2013-2014, 2014-2015 və 2015-2016 mövsümlərində Azərbaycan Premyer Liqasında bürünc, ...

Read More »
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26