BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İdman

“Qarabağ” əsas futbolçusundan imtina edir

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” müqaviləsi başa çatan Donald Gerye ilə yolları ayırmaq qərarını verib.  İstixeber.info qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu haitili yarımmüdafiəçiyə yeni müqavilə təklifi edib. Hazırda ölkəsində olan və başqa klublardan təklif alan futbolçu əvvəlcə gələcəyini vəd etsə də, indiyədək ciddi bir əsas gətirməyərək klubun düşərgəsinə qoşulmayıb. Bu sayğısız davranışına görə, komandanın baş məşqçisi Qurban ...

Read More »

İlham Əliyev idmançıları təltif etdi – FOTO

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə idmançıları və idman xadimlərini təltif edib.   İstixeber.info Unikal.org-a istinadən xəbər verir ki, karateçi Rafael Ağayev, kikboksçu Eduard Məmmədov, taekvondoçu Radik İsayev, paracüdoçular İlham Zəkiyev, Ramil Qasımov, Afaq Sultanova, paraatlet Oluxan Musayev, sərbəst güləşçilər Toğrul Əsgərov və Hacı Əliyev mükafatlandırılıb. Bundan əlavə hazırda karyerasını bitirmiş, başqa vəzifələrdə çalışan şəxslər  Fərid ...

Read More »

“Qalatasaray” Terimlə yeni müqavilə imzaladı

Türkiyənin “Qalatasaray” futbol klubu baş məşqçisi Fatih Terimlə yeni müqavilə imzalayıb.  İstixeber.info xəbər verir ki, 65 yaşlı mütəxəssislə 2+3 illik müqavilə imzalanıb. F.Terim 2019/2020 və 2020/2021 mövsümlərinin hər birində 18 milyon türk lirəsi maaş alacaq. \unikal İstixeber.info

Read More »

“Qarabağ” qələbəni əldən verdi

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” komandası Avstriyada təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib. İstixeber.info-nun məlumatına görə, ölkə çempionu Çexiyanın “Viktoriya” (Plzen) kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində hər iki qolu Azərbaycan millisinin üzvü Mahir Emreli vurub. 22 yaşlı hücumçu 42 və 52-ci dəqiqələrdə fərqlənib. Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda digər ...

Read More »

16 yaşlı Bakı məktəblisi Avropa çempionu oldu

İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Avropa çempionatı Azərbaycan yığması üçün uğurlu alınıb. İstixeber.info xəbər verir ki, millimizin üzvü Fərid Sadıxlı qitə çempionu tituluna yiyələnib. 16 yaşlı güləşçi finala qədər macarıstanlı rəqibini 50, Bolqarıstan təmsilçisini 34, Latviya idmançısını 24 saniyəyə məğlub edib. F.Sadıxlı Rusiya güləşçisi ilə həlledici qarşılaşmada 68 saniyəyə 10:1 hesablı qələbə qazanıb. Ardıcıl dörd qələbə ...

Read More »

“Qarabağ” “Səbail”i məğlub etdi

Avropa kuboklarına hazırlaşan “Qarabağ” və “Səbail” futbol komandaları yoxlama oyununda üz-üzə gəlib. İstixeber.info xəbər verir ki, “Azersun Arena” stadionunda təşkil olunan qarşılaşmada “Qarabağ qələbə qazanıb – 3:1 REKLAM İlk qolu 12-ci dəqiqədə Dani Kintana vurub. Baş hakim Rəvan Həmzəzadənin təyin etdiyi penaltidən sonra Kintananın zərbəsini “Səbail”in qapıçısı Kamal Bayramov qaytarıb. İspaniyalı yarımmüdafiəçi topu təkrar zərbə ilə qapıdan keçirib. 23-cü dəqiqədə ...

Read More »

Millimizin baş məşqçisi məğlubiyyətə görə azarkeşlərdən üzr istədi

“Belə nəticədən sonra nəsə demək çətindir. Slovakiyanı təbrik edirəm. Çox yaxşı oynadılar”.  REKLAM İstixeber.info xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib. AVRO-2020-nin seçmə mərhələsində “Bakcell Arena”da Slovakiyanı qəbul edən yığmamız böyük hesabla (1:5) məğlub olub. Matçdan sonra baş tutan mətbuat konfransında xorvatiyalı çalışdırıcı bildirib ki, oyuna yaxşı başlasalar da ardını gətirə bilməyiblər: “Bəzi anlarda topa ...

Read More »

İngiltərə Millətlər Liqasında 3-cü yeri tutub

UEFA Millətlər Liqasında 3-cü yerin sahibi müəyyənləşib. REKLAM İstixeber.info xəbər verir ki, bu, İngiltərə yığmasıdır. Qaret Sautgeytin baş məşqçi olduğu kollektiv İsveçrəni penaltilər seriyasında məğlub etməyi bacarıb. Görüşün əsas və əlavə vaxtında qol vurulmayıb. 84-cü dəqiqədə İngiltərə millisinin hücumu zamanı qol vurulsa da, VAR-a müraciətdən sonra epizod zamanı qayda pozuntusuna yol verildiyi təsbit olunub. Penaltilər seriyasında isə İsveçrə yığmasının futbolçusu Yosip ...

Read More »

Azər Cəlilov Beynəlxalq Turnirin ikincisi oldu – FOTO+VİDEO

29-30 may tarixlərində AAAF Parkın Zirvə yarış kompleksində Powerlifting idman növü üzrə Bakıda Beynəlxalq turnir keçirilib REKLAM İstixeber.info xəbər verir ki, Beynəlxalq turnirdə 5-dən çox ölkənin idmançıları iştirak edib. Medallar uğrunda mübarizədə  Rusiya, Türkiyə, İran, Gürcüstan kimi ölkələrin idmançıları yarışıb. Ölkəmizi bu yarışda 60-kq çəki dərəcəsində təmsil edən Azər Cəlilov Bench-Press sinə hərəkətində 107-kq çəkini qaldıraraq 2-ci yerə layiq gorülüb ...

Read More »

Azərbaycanın ən güclü qadını – FOTO

Bakıda bodibildinq və fitnes bikini üzrə çempionat keçirilib. İstixeber.info xəbər verir ki, yarışda qadınlar arasında Salatın Əsədova qalib olub. REKLAM Kişilər arasında 75 kq qədər çəki kateqoriyasında Teymur Aslanov, 90 kq qədər Əliyulla Abbasazdə, 90+ kq da Şükran Soltanov qalib olub./unikal İstixeber.info

Read More »
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26