BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İdman

“Qəbələ”nin baş məşqçisi istefa verdi

“Qəbələ”nin baş məşqçisi istefa verdi

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov tutduğu vəzifədən istefa verib.  İstixeber.info xəbər verir ki, gənc mütəxəssis qərarını Azərbaycan Premyer Liqasının III turunda evdə “Keşlə”yə 0:4 hesabı ilə uduzduqları görüşdən sonra mətbuat konfransında açıqlayıb. Qeyd edək ki, bu cari mövsümdə ilk baş məşqçi istefası olub. İstixeber.info

Read More »

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası növbəti qələbəsini qazandı

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib. İstixeber.info xəbər verir ki, Macarıstanda təşkil edilən C qrupunun qarşılaşmasında rəqib Estoniya yığması olub. Budapeştdəki “Laslo Papp” arenasında baş tutmuş qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb – 3:2 (25-20, 18-25, 25-22, 22-25, 15-11). Bununla da Covanni Kapraranın baş məşqçi olduğu komanda 4 oyundan 8 xalla 2-ci pilləyə yüksəlib. Azərbaycan eyni xala ...

Read More »

“Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik” – Qurban Qurbanov

Avropa Liqasının pley-off mərhələsinin ilk matçında “Qarabağ” səfərdə Şimali İrlandiyanın “Linfild” klubuna 2:3 hesabıyla məğlub olub. İstixeber.info klubun saytına istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında öz fikirlərini bildirib: “Futbolda nadir hallarda belə hadisələr olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik, rəqib isə qol epizodlarından yox, standard vəziyyətlərdən qollarını vurdu. Bu ...

Read More »

“Qarabağ” Premyer Liqada yeni mövsümə qələbə ilə başladı

Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib. İstixeber.info xəbər verir ki, sayca 28-ci milli çempionatın açılış matçında “Keşlə” “Qarabağ”ı qəbul edib. Mərdəkandakı “Dalğa Arena”da keçirilən oyunun ilk hissəsi qolsuz başa çatıb. Fasilədən sonra meydana Ruslan Qurbanovun yerinə daxil olan Emin Mehtiyev 74-cü dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulub. Ardınca isə Ağdam təmsilçisinin start heyətindəki ən gənc futbolçu İsmayıl İbrahimli fərqlənib. 21 ...

Read More »

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb. İstixeber.info xəbər verir ki, Azərbaycan çempionu bir həftə öncə qazandığı üstünlükdən yararlana bilməyib. Kiprin APOEL klubu ilə qarşılaşan təmsilçimiz Bakıda 0-2 hesabı ilə uduzmaqla, turnirin pley-off mərhələsinə yüksələ bilməyib. Hər hissədə bir dəfə fərqlənən qonaqlar, “Qarabağ”ın ümidlərini puça çıxarıb. Xatırladaq ki, “Qarabağ”  ilk oyunda 2-1 hesabı ilə qələbə qazanmışdı. Azərbaycan çempionu ikinci matçdakı ...

Read More »

Məşhur futbolçu karyerasını bitirdi

Hollandiya milli futbol komandasının keçmiş yarımmüdafiəçisi 35 yaşlı Uesli Sneyder idman karyerasını bitirib. İstixeber.info-nun məlumatına görə, bu barədə “Goal.com” portalı bildirib. 2018-ci ildən etibarən futbolçu Qətərin “Əl Garafa” klubunda çıxış edib. U.Sneyder ötən mövsümdə 11 matç keçirib, 6 qol vurub və bir ötürmə verib. Sneijder eyni zamanda Hollandiyanın “Ajax”, İspaniyanın “Real”, İtaliyanın “İnter”, Türkiyənin “Qalatasaray” və Fransanın “Nice” klublarında da ...

Read More »

“Qarabağ” Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib GƏLDİ

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib. İstixeber.info xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Kiprdə APOEL-lə üz-üzə gəlib. Nikosiyadakı GPS stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 54-cü dəqiqədə Mahir Emreli topu rəqib qapısından keçirib. 68-ci dəqiqədə onun yerinə meydana “Qarabağ”ın yeni transferi Maqaye Qeye daxil olub. Fransalı hücumçu bir dəqiqə sonra ...

Read More »

“Biz də çalışıb diqqətli oynamalıyıq” – Qurban Qurbanov

“APOEL-in gücü hər kəsə məlumdur, hesab edirəm ki, bu barədə ətraflı danışmağa ehtiyac yoxdur”  İstixeber.info xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kiprdə APOEL-ə qarşı keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis bildirib ki, ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub. Qurbanov deyib ki, bəzən belə məqamlarda bu ...

Read More »

“Neftçi” futbol tariximizə düşdü

Dünən Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə “Speranta”ya 6:0 hesabı ilə qalib gələn “Neftçi” futbol tariximizə düşüb. İstixeber.info qol.az-a istinadən xəbər verir ki,bu uğur sayəsində “ağ-qaralar” bir oyunda rəqibin qapısından 6 və daha artıq top keçirən ilk Azərbaycan klubu olub. Bunadək “Qarabağ” “Samtredia”nı (Gürcüstan), “İnter” (indiki “Keşlə”) “Trans Narva”nı (Estoniya) 5:0 yenməyi bacarmışdı. “Neftçi” avrokuboklarda iki oyunun nəticəsinə görə ...

Read More »

Paralimpiyaçılarımız “Tokio 2020” paralimpiya oyunlarına ilk lisenziyasını qazandı

Pauerliftinq üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Elşən Hüseynov “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziyasını təmin edib.  İstixeber.info xəbər verir ki, Qazaxstanın Nur-Sultan şəhərində keçirilən Para Pauerliftinq üzrə Dünya Çempionatında Azərbaycan komandasının üzvü Elşən Hüseynov bu gün yarışlara qatılıb. 107 kq çəki dərəcəsində yarışan idmançımız 217 kq çəki qaldırıb. İdmançımız belə bir nəticə göstərməklə Dünya reytinqində 4-cü yerini möhkəmləndirib ...

Read More »
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26