BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İdman

“Təhsil” Respublika İdman Mərkəzinin şahmatçısı dünya çempionu olub

1-12 oktyabr 2019-cu il tarixlərində Hindistanın Mumbay şəhərində 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə dünya çempionatı keçirilib. İstixeber.info xəbər verir ki, çempionatda iştirak edən Bakı şəhəri 249 nömrəli tam orta məktəbin şagirdi Aydın Süleymanlı 11 oyundan 9 xal yığmaqla 14 yaşlı oğlanlar arasında dünya çempionu olub. 14 yaşlıların yarışına ilk turlardan liderlik edən məktəblimiz sonuncu ...

Read More »

Dennis Higler səhvini etiraf edib, üzr istədi

Macarıstan və Azərbaycan yığmaları arasındakı AVRO-2020-nin seçmə qrup matçının baş hakimi Dennis Higler səhvini etiraf edib.  İstixeber.info xəbər verir  ki, hollandiyalı referi Azərbaycan millisinin təmiz qolunu saymadığı üçün üzr istəyib. O, qarşılaşmanın ardından mübahisəli epizodun videosuna baxdıqdan sonra baş məşqçi Nikola Yurçeviçə yaxınlaşıb. Higler Bəhlul Mustafazadənin qolunu saymamaqla səhvə yol verdiyini boynuna alıb və üzrxahlığını çatdırıb. Qeyd edək ki, görüş ...

Read More »

Millimiz Macarıstana uduzdu

Bu gün Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilir. İstixeber.info qol.az-a istinadən xəbər verir ki,milli komandamız səfərdə Macarıstanla qarşılaşıb. Bakıda bu rəqibinə 1:3 hesabı ilə uduzan yığmamız səfərdən sərfəli nəticə ilə dönməyə çalışıb. Erkən qol buraxan millimiz 90+3-cü dəqiqədə Bəhlul Mustafazadənin təmiz qolu ilə hesabı bərabərləşdirsə də, görüşün hollandiyalı referisi Dennis Yohan qolu qeydə almayıb. Üstəlik, baş hakim Mustafazadənin əllə oynadığını iddia ...

Read More »

Türkiyə millisinin hərbi salamı UEFA tərəfindən araşdırılacaq

UEFA-nın Əlaqələr üzrə direktoru Filip Taunsend mətbuata açıqlamasında Türkiyə-Albaniya matçında sonuncu dəqiqələrdə Türkiyə millisinin vurduğu qoldan sonra oyunçuların azarkeşlərə verdiyi hərbi salam jestini araşdıracaqlarını bildirib. İstixeber.info xəbər verir ki, o, həmin jesti görməsə də, provakasiya ola biləcəyini düşünür. Taunsend UEFA-nın siyasi və dini mənalı hərəkətlərə icazə vermədiyini, buna görə də həmin hərəkətin məqsədinin araşdırılacağını qeyd edib.\oxu.az İstixeber.info

Read More »

Dünya çempionu olan 11-ci sinif şagirdi : “Adımı tarixə yazdırdım” – FOTO

29 sentyabr 6 oktyabr tarixlərində “Mauy Tay” idman növü üzrə Türkiyənin Antalya şəhərində keçirilən Dünya çempionatında Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Ağazadə Rəvan Əli oğlu 67 kq çəki dərəcəsində rəqiblərini məğlub edərək Dünya çempionu adına layiq görülüb. Bu barədə “Mauy Tay” idman növü üzrə yeganə Azərbaycanlı Dünya çempionu Rəvan Ağazədə İstixeber.info-ya məlumat ...

Read More »

Teymur Rəcəbov dünya kubokunun qalibi oldu

Teymur Rəcəbov Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kubokunun qalibi olub. İstixeber.info xəbər verir ki, o, oktyabrın 4-də Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən turnirin finalında çinli Liren Dinqi məğlub edib. Qrossmeysterlər finalda 10 görüş keçiriblər. Şahmatçılar arasında dörd klassik partiya oynanılıb. Klassik partiyanın birinci görüşündə zəka ustaları xalları yarı bölüblər. İkinci partiyada qara fiqurlarla oyunda məğlub olan şahmatçımız üçüncü qarşılaşmada 45-ci gedişdə ...

Read More »

“Döyülərik, yıxılarıq, məğlub olarıq, amma…” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Düdelanj”a qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransına qatılıb. İstixeber.info qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis oyunda baş verən erməni təxribatından söz açıb. “Biz həmişə çalışmışıq ki, öz mədəniyyətimizi göstərək. Futbolçular da bilir ki, hansı komandanı təmsil edirlər. Bu, sadəcə qorxaqlıqdır. Fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, “Qarabağ”ı çalışdırıram. Biz belə təxribatlara ...

Read More »

Lüksemburqun idman naziri təxribata görə “Qarabağ”dan üzr istəyib

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan) oyunu təxribatla əlaqədar dayandırıldıqdan sonra Lüksemburqun idman naziri Ağdam təmsilçisinin soyunub-geyinmə otağına gəlib. İstixeber.info xəbər verir ki, o, baş verən təxribata görə “Qarabağ” komandasının üzvlərindən üzr istəyib. Nazir qeyd edib ki, ölkəsi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi sayır. O, təxribatçının tapılaraq, cəzalanacağını da deyib. Nazirin üzrxahlığı stadionda da ...

Read More »

“Qarabağ”ın oyununda erməni təxribatı – FOTO

“Qarabağ” növbəti dəfə erməni təxribatı ilə üzləşib. İstixeber.info qol.az-a istinadən xəbər verir ki, bu, Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Düdelanj”la oyunda baş verib. Görüşün ilk hissədinə – “Qarabağ”ın ikinci qolundan sonra meydançanın üzərində separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağı dronla havalandırılıb. “Qarabağ” futbolçuları buna kəskin etirazını bildirib. Matçın baş hakimi Con Biton matçı yarımçıq dayandırıb. Qeyd edək ki, oyun ...

Read More »

Həbibin növbəti döyüşü harada olacaq? – Özü açıqladı

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Rusiyanın birbaşa investisiyalar fondunun rəhbəri Kiril Dmitriyevlə görüşüb. İstixeber.info Oxu.az-a istinadən bildirir ki, Həbib daha sonra növbəti döyüşünü Rusiyada da keçirə biləcəyini deyib. Nurməhəmmədov “Instagram” hesabında yazıb: “Növbəti döyüşümün Rusiyada keçirilmə ehtimalı çoxdur. Kiril Aleksandroviçlə söhbətləşmək xoş oldu”. Xatırladaq ki, sentyabrın əvvəllərində rusiyalı döyüşçü UFC 242 çempionatında amerikalı rəqibi Dastin Poryeni məğlub edərək, növbəti dəfə  yüngül ...

Read More »
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26