BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Dünya

Erməni kəşfiyyat-diversiya qrupunun üzvü Qazax rayonunda ələ keçdi – FOTO

İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. İstixəbər.info-un əldə etdiyi məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır. Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib. ...

Read More »

Pakistanda kamikadze özünü partlatdı- 128 ölü və xeyli sayda yaralı var

Mitinqdə kamikadze özünü partlatdı Pakistanın Mastunq şəhərində (Bəlucistan əyaləti) seçkiqabağı mitinq zamanı partlayış baş verib. İstixəbər.info-un məlumatına görə, terror aktı zamanı azı 128 adam ölüb. Yaralı sayı isə 120-ni keçib. Ölənlər arasında “Bəlucustan Avami” partiyasının lideri Navabzadə Siray Raysani də var. Yerli mətbuatın məlumatına görə, partlayışı kamikadze həyata keçirib. Hadisə zamanı 20-a yaxın partlayıcı vasitədən istifadə edildiyi ehtimal edilir. Terror ...

Read More »

Çində partlayış baş verib – Ölənlər var

Çinin Siçuan əyalətinin Yangçun bölgəsində partlayış baş verib.  İstixəbər.info xarici KİV-ə istinadla xəbər verir ki, hadisə zamanı 19 nəfər həlak olub, 12 nəfər isə yaralanıb. Məlumatlara görə, partlayış “Yibin Heng”da texnoloji şirkətində meydana gəlib. Hadisənin dəqiq baş vermə səbəbi məlum olmasa da, partlayışdan sonra başlayan yanğının çox uzaq məsafədən aydın göründüyü bildirilib. Hadisə yerinə dərhal çox sayda təcili yardım, polis və ...

Read More »

Ata qızına sataşan kişinin cinsi orqanını kəsdi – VİDEO

Saxlanılan şəxs marketdə azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib Türkiyədə ata azyaşlı qızına sataşan şəxsin cinsi orqanını kəsib. Son günlərdə azyaşlı uşaqlara təcavüz hadisələri ilə tez-tez gündəmə gələn Türkiyədə manyak olduğu iddia edilən daha bir şəxs tutulub. İstixəbər.info Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Ankarada baş verib. Adı açıqlanmayan azyaşlı qız mağazada alış-veriş edərkən G.E adlı şəxsin əllə fiziki ...

Read More »

Adnan Oktar həbs edildi. – SON DƏQİQƏ

“Kedicikləri” ilə tez-tez gündəmə gələn Adnan Oktar və 235 müridi saxlanılıb.  İstixəbər.info “Sabah” qəzetinə istinadla xəbər verir ki, saxlanılan şəxslərə qarşı azyaşlılara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj ittihamları irəli sürülüb. Əməliyyat zamanı çoxlu sayda silah, zirehli avtomobil və sənədlər ələ keçirilib. Məlumatlara görə, Adnan Oktar Çengelköydəki evində yaxalanıb. İstanbul polisi Adnan Oktar və yaxın ətrafı ilə bağlı çoxlu ...

Read More »

“Nissan” istehsal etdiyi avtomobillərdə bəzi məlumatların saxtalaşdırıldığını etiraf edib

Yaponiyanın “Nissan Motor Co” avtomobil istehsalçısı əməkdaşları tərəfindən minik avtomobillərində havaya tullantıların səviyyəsi və yanacaq sərfiyyatının effektivliyi ilə bağlı məlumatların saxtalaşdırıldığını etiraf edib. İstixəbər.info “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, şirkət daxili yoxlamalar nəticəsində “Nissan”ın Yaponiyadakı 5 müəssisəsində saxtalaşdırma faktları ilə bağlı məlumatlar aşkarlanıb. “Burada söhbət Yaponiyada satılan 900 ədəddən çox minik avtomobilindəki göstəricilərdən gedir”, – deyə “Nissan”ın yaydığı məlumatda ...

Read More »

Türkiyənin “ilk seçilmiş prezidenti” nin andiçmə mərasimi geniş maraq doğurdu

9 iyul tarixində baş tutacaq tədbirə 17 prezident və dünyanın 20-dən çox yüksək vəzifəli siyasi xadimi qatılacaq. İstixəbər,info xəbər verir ki, mərasimdə 17 prezident, 4 baş nazir və parlament spikerlərinin iştirakı artıq təsdiq edilib. Onların arasında: Bolqarıstan prezidenti Rumen Radev, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Ukrayna prezidenti Petro Poroşenko, Makedoniya prezidenti George İvanov, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovina İdarəetmə ...

Read More »

Türkiyədə 40-a yaxın miqrant saxlanıldı

Türkiyənin sahil-mühafizə xidməti Aydın vilayəti yaxınlığında 38 qeyri-leqal miqrantı saxlayıb. İstixəbər.info xəbər verir ki, saxlanılanlar Mərkəzi Afrika Respublikası, Suriya, İraq, Somali vətəndaşları olub. Qeyd olunur ki, miqrantlar qeyri-leqal yollarla Yunanıstana keçməyə çalışıb. Miqrantların Türkiyədən deportasiya olunacağı gözlənilir. İstixəbər.info İnformasiya Portalı

Read More »

Azərbaycanda Türkiyə prezidenti və parlamenti seçkilərində 6000-ə yaxın seçici səs verəcək-Səfir Erkan Özoral

Bu gün 60 xarici ölkədə Türkiyə prezidenti və parlamenti seçkilərində səsvermə keçirilir. Bunu bu gün Bakıda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral İstixəbər.info saytına deyib. Səfir bildirib ki, Bakı ilə yanaşı səsvermə Türkiyənin Naxçıvanda və Gəncədəki baş konsulluqlarında keçirilir: “Bakıda 5 minə yaxın, Naxçıvanda – 600-dan çox, Gəncədə isə 200-dən çox seçinin səs verəcəyi gözlənilir”. Özoral həmçinin bildirib ...

Read More »

Məhbuslar Dünya Çempionatına görə aclıq aksiyası keçirdi

Argentinada məhbuslar 2018 Dünya Çempionatına baxmalarına icazə verilməsi üçün aclıq aksiyası keçirirlər. Hadisə Argentinanın Puerto-Madrin şəhər həbsxanasında baş verib. “Publimetro” nəşrinin məlumatına görə həbsxanada artıq 3 gündür ki, televiziya kabeli zədələnib. Müəssisənin əməkdaşları isə onu təmir etmək istəmirlər. “Biz bu problemin həllinə qədər günorta və axşam yeməklərindən imtina etmək qərarı qəbul etmişik” – məhbuslar bəyan ediblər. Şəhər məhkəməsi bu işə ...

Read More »
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26