BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Dünya

Rəcəb Tayyib Ərdoğan: “Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir” – VİDEO

“Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasından çıxarılmalıdır”. İstixeber.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən iclasda bildirib.   R. T. Ərdoğan deyib ki, BMT-nin qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır: “Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir”. İstixeber.info

Read More »

SON DƏQİQƏ! Doğum evində yanğın – Çox sayda yeni doğulmuş körpə öldü – VİDEO

Əlcəzairin Əl-Ued şəhərində dəhşətli yanğın baş verib. İstixeber.info xəbər verir ki, xəstəxananın doğum şöbəsində qeydə alınan hadisə zamanı 8 körpə həyatını itirib. 12 körpə, doğum üçün müraciət edən 107 qadın və 28 həkim xilas edilib. Əraziyə cəlb edilən yanğınsöndürənlər, alovun yayılmasının qarşısını alıb. Hökumət faciəni nəzarətə götürüb. Hadisənin səbəbləri araşdırılır./xalq.az İstixeber.info

Read More »

Rusiya vətəndaşı ilə evlənənlərə ŞAD XƏBƏR: Putin qanunu imzaladı

Rusiya vətəndaşı ilə evlənən şəxslər artıq 1 ildən sonra vətəndaşlıq əldə edə biləcək. İstixeber.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu barədə qanun imzalayıb. Daha əvvəl Rusiya vətəndaşı ilə evlənən şəxs bu ölkənin vətəndaşlığını ala bilmək üçün 3 il gözləməli idi. Qanun 2 oktyabr tarixində qüvvəyə minəcək./kokteyl.az İstixeber.info

Read More »

İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək

İran, Çin və Rusiya yaxın gələcəkdə Oman dənizində və Hind okeanının şimalında birgə hərbi dəniz təlimləri keçirəcək. İstixeber.info Trend-ə istinadən bildirir ki, bunu İranın Silahlı Qüvvələrinin Baş Qərargahının beynəlxalq və müdafiə diplomatiyası məsələləri üzrə rəisi Qədir Nizami deyib. Q.Nizaminin sözlərinə görə, bu hərbi təlimlər İranda İslam İnqilabından sonra ilk dəfə baş tutacaq. Qərargah rəisi əlavə edib ki, hərbi təlimlərin müxtəlif məqsədləri olur: ...

Read More »

“TikTok” ulduzu canlı yayımda öldü

Məşhur “TikTok” ulduzu, bloqer Daniel Xan və dostları yol qəzasında həlak olublar. İstixeber.info axşam.az-a istinadən xəbər verir ki, avtomobili idarə edən gənc bloqer sürət həddini aşıb. Buna görə də maşın bir neçə dəfə çevrilib. Qıza zamanı onlar canlı yayımda olublar. Maşında olan 4 nəfərdən üçü yerindəcə keçinib. Bir nəfər isə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Həlak olan gənclərin ...

Read More »

Rusiya Dövlət Duması “Xəzərin hüquqi statusu haqda” Konvensiyanı təsdiq edib

Rusiya Dövlət Duması “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiqləyib.  İstixeber.info “apa”-ya istinadən xəbər verir ki, “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya Dövlət Dumasının bugünkü iclasında ratifikasiya edilib. “Xəzər dənizi mühüm geosiyasi, ticarət, iqtisadi və strateji əhəmiyyətə, unikal ekoloji sistemə malikdir. O Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanı özünəməxsus mövqeyi ilə birləşdirir”, – deyə Dövlət Dumasının sədri Vyaçeslav Volodin jurnalistlərə bildirib. Onun ...

Read More »

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir

ABŞ yaxın günlərdə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək. İstixeber.info Unikal.org-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib: “Biz İrana qarşı bəzi əhəmiyyətli sanksiyalar tətbiq edəcəyik. Biz bunu növbəti 48 saat ərzində elan edəcəyik”. Tramp, həmçinin bildirib ki, ABŞ rəhbərliyi İrana qarşı müharibə ilə bağlı hər hansı müzakirələr aparmır. İstixeber.info

Read More »

SON DƏQİQƏ! Dizel yanacağı bahalaşdı

Gürcüstanda bəzi yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiyməti artıb. İstixeber.info xəbər verir ki, dizelin qiyməti 2-6 tetri arasında bahalaşıb. Benzinin qiymətində isə dəyişiklik qeydə alınmayıb. Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi dizelin bahalaşmasını son günlər beynəlxalq bazarda yanacağın qiymətinin artması ilə əlaqələndirib.\report İstixeber.info

Read More »

Bahalı ev və maşınlara görə xüsusi vergi tətbiq ediləcək

Özbəkistanda bahalı avtomobil sahibləri, çoxmərtəbəli binalardakı mənzillərin, fərdi evlərin, restoran və barların sahibləri xüsusi vergi ödəməli olacaqlar. İstixeber.info xəbər verir ki, qiyməti 20 min dollardan çox olan avtomobillərin, 200 kvadrat metrdən artıq olan mənzillərin, 500 kvadrat metrdən çox olan fərdi evlərin sahibləri belə vergiyə cəlb ediləcəklər. Bildirilir ki, bundan gələn gəlir xərçəng və qan xəstələrinin müalicəsinə yönəldiləcək. Belə bir təşəbbüslə ...

Read More »

DƏHŞƏTLİ QƏZA: Təkər motosikletçinin başını qopardı – ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN – FOTO/VİDEO (18+)

Rusiyada baş verən ağır qəza görənləri dəhşətə gətirib. İstixeber.info xəbər verir ki, Tatarıstan respublikasının vətəndaşı Rişad Raifoviçin idarə etdiyi motosiklet qəzaya uğrayıb. Digər baykerin kaskasındakı kamera vasitəsilə görüntülənən qəzada hansısa avtomobilin altından çıxan təkər Rişatın başına dəyir. Zərbədən onun başı bədənindən ayrılır. Bu dəhşətli görüntüləri təqdim edirik. Ürəyi zəif olanların baxması məsləhət deyil. (avtosfer.az) İstixeber.info

Read More »
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26