BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Təhsil

“Xaçmaz rayonunda məktəblilərin (uşaqların) internet informasiya resurslarının zərərli təsirindən qorunması ilə bağlı təşəbbüslər” layihəsi həyata keçirilib – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən “Xaçmaz rayonunda məktəblilərin (uşaqların) internet informasiya resurslarının zərərli təsirindən qorunması ilə bağlı təşəbbüslər” layihəsi həyata keçirilir. İstixeber.info xəbər verir ki, layihə çərçivəsində sonuncu görüş Xaçmaz şəhəri, şəhid Çingiz Abdullayev adına 2 saylı orta məktəbdə təşkil edilib. Görüşdə yuxarı sinif şagirdləri, müəllimlər və ...

Read More »

Ceyhun Bayramov Litvanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb – FOTO

Oktyabrın 14-də Təhsil naziri Ceyhun Bayramov Litva Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb. Təhsil Nazirliyindən İstixeber.info-ya verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. İstixeber.info

Read More »

“Təhsil” Respublika İdman Mərkəzinin şahmatçısı dünya çempionu olub

1-12 oktyabr 2019-cu il tarixlərində Hindistanın Mumbay şəhərində 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə dünya çempionatı keçirilib. İstixeber.info xəbər verir ki, çempionatda iştirak edən Bakı şəhəri 249 nömrəli tam orta məktəbin şagirdi Aydın Süleymanlı 11 oyundan 9 xal yığmaqla 14 yaşlı oğlanlar arasında dünya çempionu olub. 14 yaşlıların yarışına ilk turlardan liderlik edən məktəblimiz sonuncu ...

Read More »

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı 54 830 müraciət daxil olub – Təhsil Nazirliyi

Bu ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.  Təhsil Nazirliyindən İstixeber.info-ya verilən məlumata görə, sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı, ümumilikdə, 54 830 müraciət daxil olub. Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib. Qeyd edək ...

Read More »

Məktəblilər üçün ictimai nəqliyyat pulsuz ola bilərmi?

Elçin Ağazadə adlı fəal facebook istifadəçisi rast gəldiyi məsələ ilə bağlı bir problemi göz önünə gətirib və KİV-dən də bu problemi işıqlandırmaqda yardım etmələrini xahiş edib. O, məktəbli şagirdlərin xüsusi məktəbli formasında ictimai nəqliyyatdan pulsuz istifadə edə bilməsini təklif edir və aidiyyatı qurumlardan bunun üçün qərar qəbul etməsini xahiş edir. Onun yazdığı statusu olduğu kimi siz oxuyuculara çatdırırıq: Ümid edirik ...

Read More »

“Ali təhsil haqqında” qanunun taleyi Təhsil Nazirliyindən asılıdır – İsa Həbibbəyli

“Ali təhsil haqqında” qanun layihəsinin hazır olan ilkin variantı Mİlli Məclisin Elm və təhsil komitəsi üzvlərinin təqdim etdiyi təkliflər, komitə sədri kimi daha çox mənim müşahidələrim və əldə etdiyim materaillar əsasında hazırlanıb”. İstixeber.info xəbər verir ki, bunu Lent.az -a Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin işçiləri də “Ali təhsil haqqında” qanun layihəsini hazırlayan ...

Read More »

Nazir Təhsil Şöbəsinə yeni müdir təyin etdi

Tovuz Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib.  İstixeber.info xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Elmira Mürşüdlü Tovuz rayon Təhsil Şöbəsinin müdiri təyin edilib. Qeyd edək ki, o bundan öncə Aşağı Quşçu kənd 1 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb. İstixeber.info

Read More »

Koreya Respublikası Milli Assambleyasının nümayəndə heyəti Bakı Dövlət Peşə Təhsil Mərkəzində – FOTO

Oktyabrın 11-də Koreya Respublikası Milli Assambleyasının nümayəndə heyəti Azərbaycana rəsmi səfəri çərçivəsində Koreya təhsil standartları əsasında yaradılmış Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub. Təhsil Nazirliyindən İstixeber.info-ya verilən məlumata görə, nümayəndə heyətinin üzvləri Azərbaycanda Koreya təhsil modeli əsasında yaradılmış, ən müasir maddi-texniki baza ilə təchiz olunmuş Peşə Təhsil Mərkəzinin infrastrukturu ilə yaxından tanış olublar, mərkəzə məxsus emalatxanalarda ...

Read More »

Təhsil naziri Ceyhun Bayramov Türkiyənin Milli Təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb – FOTOLAR

Təhsil naziri Ceyhun Bayramovun dəvəti ilə Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Təhsil Nazirliyindən İstixeber.info-ya verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ...

Read More »

Uşaqların beynini kim yuyur? – Şəxsiyyət əvəzinə cinayətkar yetişdirən dərsliklər

Bir neçə gündür ki, qadın cinayətləri ilə bağlı hadisələrin artması həyəcan təbili çalınmasına səbəb oldu. Statistikalar göstərir ki, ölkəmizdə qadınlara qarşı törədilən zorakılıq hadisələrinin çoxunun təməlində mental dəyərlər yatır. Məlumdur ki, azyaşlılar mental dəyərlər, cinsi ayrıseçkilik və s. kimi fikirlərin təsirinə daha tez düşür. Bu təhlükənin fərqində olan dünya ölkələrində məktəblərdəki dərsliklərin monitorinqi aparılır. Monitorinq zamanı uşaqların zehnində gender bərabərsizliyinin bünövrəsini qoymaq ...

Read More »
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26