BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sosial

“Xaçmaz rayonunda məktəblilərin (uşaqların) internet informasiya resurslarının zərərli təsirindən qorunması ilə bağlı təşəbbüslər” layihəsi həyata keçirilib – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən “Xaçmaz rayonunda məktəblilərin (uşaqların) internet informasiya resurslarının zərərli təsirindən qorunması ilə bağlı təşəbbüslər” layihəsi həyata keçirilir. İstixeber.info xəbər verir ki, layihə çərçivəsində sonuncu görüş Xaçmaz şəhəri, şəhid Çingiz Abdullayev adına 2 saylı orta məktəbdə təşkil edilib. Görüşdə yuxarı sinif şagirdləri, müəllimlər və ...

Read More »

Sahil Babayevdən pensiyaçılara MÜHÜM XƏBƏR

“Cari ilin sonunadək illik 25 min müraciəti əhatə edən pensiya təyinatı və 150 min müraciəti əhatə edən sosial müavinət təyinatını tam şəkildə proaktiv xidmətlərə keçirəcəyik”. İstixeber.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazirin sözlərinə görə, bu xidmətlər elektronlaşdırıldıqdan sonra il ərzində orta hesabla 200 minədək müraciətin proaktiv qaydada icra edilməsi təmin olunacaq. ...

Read More »

Gələn il kişilərin və qadınların pensiya yaşı belə olacaq – CƏDVƏL

Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq. 1 iyul 2018 – 30 iyun 2019-cu il tarixində kişilərin pensiya yaşı 64, qadınların isə 61 olacaq. 1 iyul 2019 – 30 iyun 2020-ci il tarixində isə kişilərin pensiya yaşı 64 il 6 ay, qadınlarınkı isə 61 il 6 ay olacaq. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” ...

Read More »

Azərbaycanda 4 günlük iş həftəsi əməkhaqqına təsir edə bilər – Sahil Babayev

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da 4 günlük iş həftəsinin tətbiqinin mümkünlüyü məsələsinə münasibət bildirib. İstixeber.info-nun məlumatına görə, nazir qeyd edib ki, hazırda Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil. S.Babayev əlavə edib ki, qısaldılmış iş günləri kompleks məsələdir. Bu, ölkənin məşğulluq və əmək bazarında ciddi təsir edə bilər: ...

Read More »

Sahil Babayev: “Saxta əlillik dərəcəsi almaq istəyən şəxslərin çoxu 18 yaşına çatmayan oğlanlardır”

Saxta əlillik dərəcəsi almaq istəyən şəxslərin çoxu 18 yaşına çatmayan oğlanlardır ki, bu cəhdlər də daha çox onların hərbi xidmətdən yayınması üçün edilir. İstixeber.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. S.Babayev əlavə edib ki, orta və yuxarı yaş kateqoriyasında olanlar daha tez pensiyaya çıxmaq üçün bu yola əl atırlar. Çünki əlilliyi olan şəxslər üçün ...

Read More »

“Bu il 18 fakt üzrə materiallar prokurorluğa göndərilib” – Fazil Talıblı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) nazirlik strukturlarında korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi tədbirlər həyata keçirir. İstixeber.info-nun məlumatına görə, bunu Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı deyib. O bildirib ki, cari il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə bağlı 18 fakt üzrə sənədlər hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.\xeberaz.az İstixeber.info

Read More »

Dünyaxanım Əliyeva: “Məişət zəmnində baş verən zorakılıqlara susmayaq!” adlı layihəyə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “məişət zəmnində baş verən zorakılıqlara susmayaq!” adlı layihəni icra planına uyğun olaraq həyata keçirəcək, üzərimizə düşən işləri məsuliyyətlə yerinə yetirəcəyik. Bu barədə İstixeber.info-ya “Dünya” Ana və Uşaqlar İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva məlumat verib. Onun sözlərinə görə, Gəncə, Mingəçevir, Şəki şəhərlərində keçiriləcək görüşlər “Məişət zəmnində baş ...

Read More »

“Südpulu” ilə bağlı valideynlərə ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb.  İstixeber.info bildirir ki, bu barədə məlumatı nazir müavini Anar Kərimov mətbuat konfransında verib. O bildirib ki, ilin sonuna kimi daha 10 müavinətin elektronlaşdırılması nəzərdə tutulub: “Xidmət yeni doğulan uşaqlara şamil olunur. Uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər (və ya onlardan biri) işlədikləri halda onların iş yeri vasitəsilə ...

Read More »

“Müəyyən şəxslər vaxtından əvvəl pensiya ala biləcək” – Nazir müavini

Pensiya islahatları çərçivəsində müəyyən şəxslər pensiya yaşı tamam olmadan pensiya ala bilərlər. İstixeber.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində mətbuat konfransı və yeni e-sistemin təqdimatı zamanı bildirib. Onun sözlərinə görə, bu gün əmək pensiyası ilə təmin olunan 1 milyon 350 min nəfərdən 40 faizi əlilliyə və ailə başçısını itirdiyinə görə pensiya alırlar: ...

Read More »

Yevlaxda növbəti dəfə əmək yarmarkası keçirilib – FOTOLAR

11 oktyabr 2019-cu il tarixdə Yevlax şəhər İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Yevlax şəhər Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə Yevlax şəhərində işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkası keçirilib. İstixeber.info xəbər verir ki, əmək yarmarkasına 31 müəssisə və təşkilatdan 13 dövlət, 18 qeyri-dövlət olmaqla 160 boş iş yerləri çıxarılmışdır. Həmin iş ...

Read More »
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26