BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Texnologiya

“Android” sistemində istifadəçilər üçün təhlükəli nöqtələr aşkarlanıb

Google Project Zero” tədqiqat qrupu “Android” əməliyyat sistemində “Pixel”, “Huawei”, “Oppo”, “Moto”, “Samsung”, “Oreo LG”, “Xiaomi” markalarına aid smartfonlara dələduzların daxil olmasına yol açacaq ciddi zəif məqam aşkarlayıb. İstixeber.info techland.az-a istinadən bildirir ki, “Android” sisteminin özəyinin kodundakı “CVE-2019-2215” ünsürü viruslu proqram quraşdırmaqla, yaxud şəbəkədən hücum yolu ilə sistemi dağtmaq üçün istifadə oluna bilər. Sözügedən təhlükənin “OC Android” sisteminin 8.x-dan başlayan versiyalarını ...

Read More »

“WhatsApp”da bu yolla başqalarının mesajları oxunurmuş…

“WhatsApp” platforması bu dəfə yeni özəlliyi ilə yox, sistemində olan çatışmazlıqla gündəmə gəlib. İstixeber.info xəbər verir ki, çatışmazlıq pisniyyətli şəxslərin digər istifadəçilərin telefonundakı fayllarını ələ keçirməsinə, mesajlarını oxumasına imkan yaradır. “Awakened” adlı araşdırmaçı tərəfindən ortaya çıxarılan çatışmazlıq isə platformanın GIF bölməsindir. Belə ki, göndərilən GIF-lər vasitəsilə digər şəxslərin məlumatlarını ələ keçirmək mümkün olur. İstixeber.info

Read More »

Polis “Facebook” və “WhatsApp”dakı yazışmaları OXUYACAQ

“Facebook” sosial şəbəkəsi və “WhatsApp” messenceri istifadəçilərin yazışmalarını Böyük Britaniya polisinə ötürməli olacaq. İstixeber.info Unikal.org-a istinadən xəbər verir ki, müvafiq sazişi ABŞ və Böyük Britaniya hökumətləri imzalayıblar. Cari saziş terrorizm və pedofiliya da daxil olmaqla, ağır cinayətlərin araşdırılmasında kömək etməlidir.   Hazırda isə təhlükəsizlik xidməti məlumatlarıyalnız bilavasitə həyat üçün təhlükə olduğu təqdirdə əldə edə bilirlər. İstixeber.info

Read More »

WhatsApp-da qarşı tərəfin sildiyi mesajları necə oxumaq olar? – SADƏ ÜSULLAR / VİDEO

Bəzən qarşı tərəf WhatsApp-da yazdığı mesajları siz oxumadan silir. İstixeber.info xəbər verir ki, həmin mesajları geri qaytararaq, oxumaq mümkündür. Bunun üçün bir neçə sadə yol vardır.\(redaktor.az)   Bu barədə daha ətraflı videodan izləyək : İstixeber.info

Read More »

İnstaqram bunu bacaranlara pul mükafatı verəcək

Məşhur İnstaqram fotoservisi istifadəçi məlumatlarını oğurlayan tətbiqlərin aşkar edilməsi üçün mükafatlandırma sistemini işə salıb. İstixeber.info xəbər verir ki, 1 il bundan öncə öz sistemində boşluqların aşkar edən şəxslərə “Facebook” şirkəti pul mükafatı verməyə başlamışdı. İnstaqram təmsilçiləri bildiriblər ki, veriləcək pul mükafatının həcmi görülmüş işin və tapılmış sistem boşluğunun miqyasından asılı olacaq. Məlumata görə, “Facebook”da sistem boşluğunun aşkar edilməsinə görə verilən ...

Read More »

“İnstaqram”da yeni bölmə yaradılır

İnternetdə video və foto paylaşma platforması olan İnstagram-a yeni xüsusiyyətlər gəlir. İnstagram-ın kəşf səhifəsi artıq fərqli bir dizayna sahib olacaq və istifadəçilər görmək istəmədikləri yazılara münasibət bildirə biləcəklər. İstixeber.info xəbər verir ki, dünyanın ən populyar sosial media platformalarından biri olan Instagram yeni xüsusiyyətlər əlavə etməyə davam edir. İnstagram-ın yeni xüsusiyyətlərini ictimaiyyətlə bölüşən Jane Manchun Wong, Instagram-ın yeni xüsusiyyətlərinin platformanın “kəşf et” ...

Read More »

“WhatsApp”dan daha bir YENİLİK

“WhatsApp” yenidən istifadəçilərini sevindirməyə hazırlaşır. İstixeber.info-nun məlumatına görə, platformanın fotolarla bağlı yeni funksiyası işə düşəcək. Belə ki, digər istifadəçilərə foto göndərən zaman onları redaktə edə biləcəksiniz. Üstəlik, platforma siz redaktə edəndən sonra fotonun orijinalını eyni anda digər abunəçiyə göndərəcək. İstixeber.info

Read More »

Yeni sosial şəbəkə sınaqdan keçirilir

“Google” şirkəti “Shoelace” adlı yeni sosial şəbəkəsinin testinə start verib. İstixeber.info xəbər verir ki, bu sosial şəbəkə ortaq məşğuliyyətlərin yerinə yetirilməsi və ya tədbirlərə birlikdə gedilməsi üçün insanların axtarılmasında yardımçı olacaq. Məlumata görə, “Shoelace” sosial şəbəkəsinin “iOS” və “Android” versiyası var. Lakin o, hələlik Nyu-Yorkda fəaliyyət göstərir və ondan istifadə etmək üçün xüsusi dəvətnamə almaq lazımdır. Bu sosial şəbəkə insanları ...

Read More »

Azərbaycanda yeni nömrələr satışa çıxarılır – 010-la başlayacaq

Azərbaycanda yeni telefon nömrələri satışa çıxarılır. İstixeber.info-nun məlumatına görə, Azercell Telekom tərəfindən satışa çıxarılacaq yeni telefon nömrələri 010 prefiksi ilə başlayacaq. Bildirilir ki, uzun illərdir, 050 və 051 prefiksləri ilə başlayan nömrələrin satışını həyata keçirən mobil operator tələbata uyğun olaraq yeni nömrələr istifadəyə verəcək. 010-la başlayacaq Azercell nömrələrinin qiyməti barədə dəqiq məlumat olmasa da, qeyd edilir ki, qiymətlər əvvəlki ortalamanın ...

Read More »

Bu gün TV və radio işləməyəcək – AZƏRBAYCANDA

Bu gün Azərbaycanın efir məkanında kompleks profilaktika keçirilir. REKLAM İstixeber.info-nun məlumatına görə, kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan başlayıb və saat 15:00-dək dayandırılacaq. Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2019-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub. Birinci profilaktika martın 4-də keçirilib. Növbəti kompleks profilaktika sentyabrın 16-da və dekabrın ...

Read More »
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26