BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycan

Avropa İttifaqı ilə Azərbaycan Hökumətinin məşğulluqla bağlı birgə həyata keçirdiyi Tvinninq layihəsi başa çatdı – FOTO

“Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək“ Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib. İstixeber.info-nun məlumatına görə, bağlanış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kęstutis Jankauskas, Litva Respublikasının Sosial Təminat və Əmək naziri cənab Linas Kukuraitisin rəhbərlik etdiyi nümayəndə heyəti, Litvanın Azərbaycan Respublikasındakı səfiri Eqidiyus Navikas, beynəlxalq qurumların nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının Tvinninq layihəsinin ...

Read More »

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər Naziri Vilayət Eyvazovun əmri ilə Tovuz Regional Mühafizə İdarəsinə yeni rəis təyin olunub. İstixeber.info xəbər verir ki, əmrə əsasən polis polkovnik-leytinantı Əsgərov Elçin Adil oğlu qurumun rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, Elçin Əsgərov buna qədər Tovuz rayon Polis Şöbəsinin əməliyyat üzrə müavini vəzifəsində çalışıb. İstixeber.info  

Read More »

YAP Yevlax şəhər təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib – FOTO

Oktyabrın 4-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədovun sədrliyi ilə Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsi keçirilib. İstixeber.info xəbər verir ki, müşavirədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar İbrahimov, YAP Yevlax şəhər təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax ...

Read More »

Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının gəncləri ilə görüş keçirilib – FOTO

Oktyabrın 4-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – İcra katibi Əli Əhmədov Yevlax rayonunda YAP Yevlax rayon təşkilatının gənc fəalları ilə görüşüb. İstixeber.info xəbər verir ki, görüşdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar İbrahimov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, YAP Yevlax rayon ...

Read More »

Rövnəq Abdullayev: “Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır”

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayev Oxu.Az-ın suallarını cavablandırıb: – Rövnəq müəllim, bir neçə gündür gündəmi zəbt edən hadisə ilə bağlı fikirlərinizi öyrənmək istərdik. – Əvvəlcə bu məsələdə təmkinli davranan başda bütün qazilərimizə, şəhid ailələrimizə təşəkkür edirəm. Eyni zamanda, siz jurnalistlərə də obyektivliyiniz və operativliyiniz üçün təşəkkürlərimi bildirirəm. Bilirsiniz, bu hadisədə bizi ən çox məyus edən qazilərimizin adından ...

Read More »

Əli Əhmədov Yevlaxda Heydər Əliyevin abidəsini ziyarət edib – FOTOLAR

Baş nazirin müavini Əli Əhmədov Yevlax şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib İstixeber.info xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədov Yevlax şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüb. İstixeber.info

Read More »

Yevlaxda növbəti səyyar görüş Hacımahmudlu kəndində keçirilib – FOTOLAR

Yevlax rayon İcra Hakimiyyətin başçısı Qoca Səmədov Hacımahmudlu kəndində növbəti səyyar görüş keçirib. İstixeber.info xəbər verir ki, görüşdə şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov çıxış edərək Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın hər bir regionunun günü gündən inkişaf etdiyini, ölkəmizin nüfuzunun beynəlxalq səviyyədə artdığını bildirmişdir. Kənd sakinləri söz alaraq kənd yolunun asfaltlanması, işlə təmin olunma, elektrik enerjisi ilə ...

Read More »

Yevlaxda çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib – FOTOLAR

Bu gün Yevlax rayonunda çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. İstixeber.info xəbər verir ki, tədbirlərdə rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon şöbəsinin şəxsi heyəti, hüquq mühafizə orqanlarının, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, ziyalılar, ağsaqqallar, şəhid ailələrinin üzvləri, Qarabağ qaziləri və valideynlər iştirak ediblər. Mərasimin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ...

Read More »

SON DƏQİQƏ! Rafael Cəbrayılovla bağlı QƏRAR VERİLDİ

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İstixeber.info-nun xəbərinə görə, MSK sədri Məzahir  Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. İclasda qeyd edilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib. ...

Read More »

Şuşanın ən son görüntüsü yayıldı – FOTO

Düşmən tapdağı altında olan Şuşanın ən son fotosu yayımlanıb. İstixeber.info modern.az-a istinadən xəbər verir ki, Ermənistan KİV-nə istinadən xəbər verir ki, aerofotoçəkiliş zamanı qala-şəhərin mərkəzi hissəsində müəyyən tikinti işlərinin aparılması aydın görünsə də, kənar məhəllələrdə dağıntıların qaldığı aydın sezilir. Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan ordusu tərəfindən işğal edilib. İstixeber.info

Read More »
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26