BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycan

Mehriban Əliyeva Kamil Musəvinin əməliyyat xərclərini üzərinə götürdü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvinin əməliyyat xərclərini üzərinə götürüb. İstixeber.info xəbər verir ki, bu barədə Kamil Musəvinin özü məlumat verib. “Əməliyyat xərclərimi qarşıladığı və bizi diqqətdən kənarda qoymadığı üçün Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Sağolsun ki, qayğısını əsirgəmir. Nəzərinizə çatdırım ki, ...

Read More »

“Yaxın vaxtlarda müharibə olacaq” – Zakir Həsənovdan şok açıqlama – VİDEO

Ötən gün Real TV-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müsahibəsi yayımlanıb. İstixeber.info yenicag.az-a istinadən xəbər verir ki, Z.Həsənov Real TV-nin rəhbəri Mirşahin Ağayevə verdiyi müsahibədə Ermənistan Baş Naziri Nikol Paşinyanın Qarabağla bağlı aqressiv açıqlamalarına münasibət bildirib. “Mən belə hesab edirəm ki, biz hərbçilər Qarabağ problemi ilə əlaqədar polimikalarda iştirak etməli deyilik. Bizim vəzifəmiz döyüşməkdir. Biz sözümüzü döyüş meydanında deyəcəyik, biz ...

Read More »

Gənc Tamaşaçılar Teatrında tamaşa vaxtı qəfildən tavanın çökdü? – AÇIQLAMA

Gənc Tamaşaçılar Teatrının binasının tavanı çöküb. İstixeber.info report-a istinadən xəbər verir ki, hadisə bir neçə gün bundan əvvəl baş verib. Faktı teatrın Mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva təsdiqləyib. Onun sözlərinə görə, hadisə tətil günlərində baş verib: “Hadisə baş verən zaman zalda heç kim olmayıb. Biz məzuniyyətdən qayıdanda artıq bu hadisə baş vermişdi. Teatrın sadəcə olaraq tavanında çökmə olub. Hazırda tavanda təmir ...

Read More »

Elçin Quliyev Aytəkin Alxaslını təltif etdi – FOTO

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tanınmış jurnalist Aytəkin Alxaslını təltif edib. İstixeber.info xəbər verir ki, ona general tərəfindən Sərhəd Xidmətinin 100 illiyi münasibətilə “100 illik” medalı təqdim edilib. Qeyd edək ki, Aytəkin Alxaslı ANS kanalı fəaliyyətini dayandırdıqdan sonra İstipress.com-da Şimal bölgə müxbiri kimi fəaliyyət göstərir. İstixeber.info

Read More »

XAÇMAZDA BİRİNCİLƏR POLİSİN QONAĞI OLDULAR – FOTO

Xaçmaz Rayon Polis Şöbəsində övladları birinci sinifə gedəcək polis əməkdaşlarının övladları ilə görüş keçirilib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, görüşün əvvəlində şöbənin balaca qonaqları valideynlərinin iş otaqları ilə tanış olublar. Fidanları inzibati binanın önündə qarşılayan polis şöbəsinin rəisi, polis polkovnik leytenantı Həmid Həsənov onlara valideynlərinin apardığı şərəfli və qürurlu polis peşəsindən danışaraq, balacaları maraqlandıran sualları ...

Read More »

Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib FOTO+VİDEO

Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib. İstixeber.info xəbər verir ki, Türkiyə və Azərbaycan Respublikalarının dövlət bayraqları, eləcə də xalqımızın ümummilli lideri Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Nuru paşanın portretləri ilə bəzədilmiş avtomobil karvanı “N” nömrəli hərbi hissədən Qobustan rayonundakı Acıdərə Türk Şəhidliyinə yola düşüb. ...

Read More »

Mehriban Əliyev “Bilik günü” münasibəti ilə təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Bilik günü” ilə bağlı təbrik ünvanlayıb. Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər. Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm. Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim ...

Read More »

Mehriban Əliyeva Şamaxıda – FOTOLAR

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxı rayonunda səfərdə olub. İstixeber.info xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar. Daha sonra Mehriban Əliyeva Şamaxı ictimaiyyətinin nümayəndələri ilə görüşüb. İstixeber.info

Read More »

Polislərin and içmə mərasimi keçirildi – FOTO

Bu il Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların sentyabrın 14-də andiçmə mərasimi keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İstixeber.info-ya verilən məlumata görə, mərasimdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ...

Read More »

PİYADA KEÇİDLƏRİ YENİDƏN RƏNGLƏNİR, KÖHNƏ YOL NİŞANLARI İSƏ YENİLƏRİ İLƏ ƏVƏZ OLUNUR – FOTOLAR

Şimal bölgəsində piyada keçidləri yenidən rənglənir. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Qusar, Siyəzən və Şabran Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi Bölmələrinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində hərəkətin sıx olduğu küçə və prospektlərdə, eləcə də təhsil ocaqlarının yerləşdiyi ərazilərdə bir sıra təhlükəsizlik tədbirləri görülüb. Azyaşlıların iştirakı ...

Read More »
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26