BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“90 SU 380” məcbur sürücüləri qanunu pozmağa vadar edir – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Oxucularımızdan biri saytımıza videogörüntü göndərib.

Belə ki, 20.07.2019 tarixində 22:11 radələrində Bakıxanov qəsəbəsində, “Aura” şadlıq sarayının yaxınlığında 99 SU 380 dövlət qeydiyyat nişanlı Hyundai markalı avtomobilin sürücüsü tam olaraq yolun hərəkət hissəsini kəsib yolu bağlayıb.

Dəfələrlə işarə etsələr də, səs siqnalı versələr də sürücü heç nəyə məhəl qoymayıb. Arxadan gələn sürücülər də məcbur olaraq son zərurət halı kimi 1.1 xəttinin tələbini pozub əks istiqamətə çıxaraq hərəkət ediblər. Amma bu hal həm əks yola çıxan sürücülər, həm də əks istiqamətdən gələn sürücülər üçün olduqca böyük təhlükə yaşada bilər. Görünür bu təhlükə yolu kəsən sürücünü qəti narahat etməyib. Ümid edirik ki, DYP səlahiyyətliləri bu sürücünün tapılıb qanunamüvafiq cəzalanmasını tezliklə təmin edərlər.
Görüntüləri təqdim edirik:

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26