BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

90 LG 693 Qəza edib hadisə yerindən qaçdı. Daha sonra az qala piyadanı vururdu – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakıda digər hərəkət iştirakçılarına açıq-aşkar təhlükə yaradan, hətta az qala piyadanı vuracaq sürücünün videogörüntüləri saytımıza göndərilib və həmin sürücünün cəzalanmasında köməklik göstərməyimizi xahiş ediblər.

İstixeber.info xəbər verir ki, 90 LG 693 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü 06 iyul tarixində Hüseyn Seyidzadə küçəsində 1.3 xəttinin tələbini pozub tam olaraq hərəkət axınının əksinə hərəkət edib. Bu zaman yolu keçməkdə olan, piyadanın ölümdən dönməsi an məsələsi olub. Əks yola çıxan sürücü az qala onu həyatından edəcəkdi.

Görüntülərə baxdıqda məlum olur ki, həmin sürücü 14 iyun tarixində də 20 yanvar küçəsində əks istiqamətə çıxıb hərəkət etdiyi üçün qəza edib və hadisə yerindən “qaçıb”. 20 gün ərzində bu sürücünün sosial şəbəkələrdə iki kobud, digər hərəkət iştirakçılarına təhlükə yaradan videosu paylaşılıb. Görəsən hələ kameralara düşməyən yerlərdə nə təhlükələr yaşadır?! Ümid edirik ki, bu sürücü kiminsə ölümünə səbəb olmamış, daha böyük faciələr törətməmiş DYP rəsmiləri onun haqqında ciddi tədbir görər. Heç kəs istəməz ki, belə intizamsız sürücü onun əzizinin ölümünə səbəb olsun.
Videogörüntüləri təqdim edirik:

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26