BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“6 saniyədən sonra Rəşadda can olmayıb” – Saləddin Atakişiyev


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Bu gün pilot Rəşad Atakişiyevin dəfnindən 7 gün keçir.

İstixeber.info xəbər verir ki, mərhum pilotun Samux rayonunun Alabaşlı kəndində yas mərasimi keçirilib.

Apa Tv-yə açıqlama verən Rəşad Atakişiyevin atası Saləddin Atakişiyev hadisədən danışıb.

Atasının sözlərinə görə, hadisə baş verən zaman Rəşad 6 saniyə özündə olub. O istəyib ki, təyyarəni nizama salsın, texnikanı xilas etsin:
“Ancaq 6 saniyədən sonra Rəşadda can olmayıb. Buna görə də o, katapult edə bilməyib. Cənab nazir Zakir Həsənov mənə dedi ki, ağsaqqal, siz fəxr etməlisiz. Çünki həmin 6 saniyənin bir saniyəsini Rəşad katapulta istifadə edə bilərdi. Amma Rəşad bunu yox, texnikanı xilas etməyi fikirləşib. Ancaq buna müyəssər olmayıb. Rəşadda cəmi 6 saniyə can olub”.

Qeyd edək ki, hərbi təyyarə iyulun 24-də, gecə, təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb. Onun nəşi avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26