BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

53 yaşlı kişi qayıqla dənizdə itkin düşüb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Avqustun 7-də Sumqayıt şəhəri ərazisindən qayıqla dənizə çıxmış və geri qayıtmamış 1965-ci il təvəllüdlü Əhmədov Ziyəddin Əbdürrəhim oğlunun axtarışları davam etdirilir.

İstixəbər.info FHN-ə istinadən xəbər verir ki, hazırda nazirliyin Aviasiya dəstəsinin “Mi-17” helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır.

Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən gündəlik sahilboyu ərazilərdə vizual axtarışlar həyata keçirilir. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən Xəzəryanı ölkələrin (Rusiya Federasiyası, Qazaxıstan və Türkmənistan Respublikaları) müvafiq qurumları ilə itkin düşmüş Azərbaycan vətəndaşının axtarışları ilə əlaqədar mütəmadi məlumat mübadiləsi aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26