BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

50 yaşlı kişi maşınında ürək tutmasından keçindi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hadisə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 1-də qeydə alınıb.

İstixəbər.info xəbər verir ki, 1968-ci il təvəllüdlü İsmayılova Qoca Sərxan oğlu “Ford Transit” markalı avtomaşını idarə edərkən ürəyi tutduğuna görə, avtomobili səkiyə çırpıb. Nəticədə avtomobil yararasız hala düşüb, Q. İsmayılova isə ürək tutması nəticəsində dünyasını dəyişib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparıblar. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nizami rayon şöbəsinə aparılıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırmalara başlanılıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26