BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

31 Mart Azərbaycanlıların Soyqırımı ilə əlaqədar Yevlaxda anım tədbiri keçirildi – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax şəhər ictimayəti bu gün 31 mart azərbaycanlıların soyqırımı günü münasibəti ilə Yevlax şəhər şəhidlər xiyabanında soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.

İstixeber.info xəbər verir ki, daha sonra Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov Yevlax ictimayəti qarşısında baş vermiş hadisə ilə əlaqədar çıxış etdi. Qoca Səmədov bildirdi ki, XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olub.
Bu qanlı faciələrin ən dəhşətlisi 1918-ci il 31 martda azərbaycanlılara qarşı törədilən soyqırımdırki özünün ağır nəticələri ilə seçilir. Azərbaycanın soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəranda və Azərbaycanın digər bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib, erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanlar diri-diri yandirilib, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dagıdılıb.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Xususilə Ümumilli liderimiz Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998 ci il tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. Eyni zamanda 31 mart Azərbaycanlıların Soyqırımı günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.
Tarix yazılmaqla yanaşı heç zaman unudulmur. Bu faciə bizim qan yaddaşımıza yazılıb. Düşünürəm ki, biz Vətənimizi dərin məhəbbətlə sevməklə, torpaqlarımızı göz bəbəyi kimi qorumaqla cəmi şəhidlərimizin ruhunu şad etməyə, onların qisasını almağa çalışmalıyıq.

İstixeber.info Yevlax 2019-cu il

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26