BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Daily Archives: 01/05/2019

Ceyhun Bayramov şagirdin ölümünə görə məktəb direktorunu vəzifəsindən azad edib

Bakıda şagirdin ölümünə görə məktəb direktoru işdən çıxarılıb, müavininə isə şiddətli töhmət verilib. Təhsil Nazirliyindən İstixeber.info-ya verilən məlumata görə, nazirliyin xüsusi komissiyası tərəfindən aparılmış daxili araşdırmanın nəticəsi olaraq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə funksiyalarını lazımi səviyyədə icra etmədiyinə görə təhsil naziri Ceyhun Bayramovun əmri ilə Bakı şəhəri 123 nömrəli tam orta məktəbin direktoru Vəli Hüseynli tutduğu vəzifədən azad ediib, məktəbin ...

Read More »

“Space”dəki söyüşə görə Rəşad İlyasova və Rüfət Axundova cəza istənildi

“Space” televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib. İstixeber.info xəbər verir ki, bu gün Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Rəşad İlyasovun müdafiəsinə vəkil Şahmar Məmmədovun qoşulduğu elan olunub. Bildirilib ki, Rəşad İlyasovla Rüfət Axundov bu günükü məhkəmə prosesinə gəlməyiblər. Daha sonra ...

Read More »

Atəşkəs rejimi 24 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. İstixeber.info xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Tağıbəyli, Cəvahirli, Qaraqaşlı, Acarlı, Mərzili, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, ...

Read More »

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başlayıb – FOTO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-də “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb. İstixeber.info xəbər verir ki, təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, ...

Read More »

Ərdoğanla Putin Suriya barədə razılaşdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putinarasında telefon danışığı olub. İstixeber.info xəbər verir ki, Türkiyənin Prezident Administrasiyasından verilən məlumata görə, söhbət zamanı ikitərəfli məsələlər, Liviyadakı vəziyyət müzakirə olunub. R.T.Ərdoğan bu ölkədə sabitliyin bərqərar olmasında maraqlı olduqlarını ifadə edib. Həmçinin, Suriya böhranının həll olunması istiqamətində Astana prosesi çərçivəsində əməkdaşlığı davam etdirmək barədə tərəflər həmfikir olduqlarını təsdiqləyiblər./unikal İstixeber.info

Read More »

“Azəriqaz” insanlara problemlər yaradır” – Prezidentdən SƏRT XƏBƏRDARLIQ

Prezident İlham Əliyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə təbii qazın verilməsində yaranan problemlərlə bağlı xəbərdarlıq edib.  İstixeber.info xəbər verir ki, aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda prezident İlham Əliyev  “Azəriqaz” rəhbərliyinə bu ifadələri ilə xəbərdarlıq edib: “Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər ...

Read More »

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sərnişin maşının şüşəsindən yola düşdü (VİDEO)

Azərbaycanda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.  İstixeber.info xəbər verir ki,  qəza zamanı “VAZ-2106” və “VAZ-21011” markalı avtomobillər toqquşub. Hadisə zamanı “VAZ-21011” əsas yola daxil olarkən hərəkətdə olan “VAZ-2106”ya yol verməyib və nəticədə avtomobillər toqquşub. Zərbənin təsirindən “VAZ-2106”da olan sərnişin avtomobilin ön şüşəsindən yola düşüb. /unikal.org İstixeber.info

Read More »

SON DƏQİQƏ! Sərhədçilərimiz Ermənistan ordusunu məhv etdi: xeyli sayda ölən və yaralı var

Aprelin 29-30-da Qazax rayonu istiqamətində  gedən döyüşlərdə düşmən ölkənin hərbi qulluqçuları Azərbaycan Dövlət Sərhəd Xidmətinin  bölmələri tərəfindən zərərsizləşdirilib.  İstixeber.info xəbər verir ki, bu barədə Facebook səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan məlumat verib. O bildirib ki, Tavuş istiqamətində gedən döyüşlərdə bir hərbi qulluqçu ağır yaralanıb. O, təcili olaraq vertalyotla İrəvana gətirilib. Ermənistanın bəzi KİV-ləri isə atışma nəticəsində ...

Read More »

İlham Əliyev icra başçılarına xəbərdarlıq etdi: vətəndaşların problemlərini eşitməlidirlər…

“Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır. Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar. Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, ...

Read More »

Prezident İlham Əliyevdən sürücülərə ŞAD XƏBƏR! – 1 GÜNDƏN SONRA CƏRİMƏLƏNMƏYİ QADAĞAN ETDİ

Yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati xəta haqqında elektron protokol 1 gün müddətində elektron kabinetdə yerləşdiriləcək.  İstixeber.info-nun məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb. Fərmana əsasən, yol hərəkəti qaydalarının pozulması ilə bağlı nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) ...

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26