BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“20 Yanvar”ın keçidində şübhəli bağlama həyəcanı – Əməliyyat keçirildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu ərazisindəki metrostansiyasının keçidində şübhəli bağlama aşkarlanması ilə bağlı məlumat daxil olub.

İstixəbər.info xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər ərazidə təhlükəsizlik tədbirləri görüb, müvafiq qaydada bağlamaya baxış keçiriblər. Bağlamanın içində təhlükəli əşya aşkar edilməyib. Bağlama aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Qeyd edək ki, FHN-nin keçirdiyi əməliyyatla əlaqədar “20 Yanvar” metrosunun keçidlərindən biri müvəqqəti bağlanmışdı./Qafqazinfo

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26