BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

2 ağaca görə 2000 manat cərimələndi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən İstixəbər.info saytına verilən məlumata görə, reyd zamanı Goranboy rayonu Faxralı kəndi ərazisində yaş köküstə 32-34 sm diametrliyində 2 söyüd ağacının qanunsuz kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Faxralı kənd sakini Sübhan Alıyev tərəfindən kəsildiyi və təbiətə 650 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və ona 2000 manat məbləğində cərimə tətbiq olunub.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26