BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

18+… Mətanətin içki içərkən çəkilən videosu yayıldı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Müğənni Mətanət Əsədovanın sosial şəbəkədə içki içərkən çəkilən videosu yayılıb.

İstixəbər.info axşam.az-a istinadən bildirir ki, İnstaqramda bir çox səhifələrdə paylaşılan görüntüdə Əsədova araq içir və mahnı oxuyur.

+18 işarəsi ilə yayılan videoda söyüşlər də işlədilir. Tənqid edilən müğənniyə şou-biznes nümayəndələri dəstək olublar.

Müğənni Nadir Qafarzadə sözügedən videonu yayımlayaraq həmkarına bunları yazıb:

“Düşünürəm ki, kişi işi deyil insanı, əsasən də qadını gizlin çəkib paylaşmaq. Eşitdiyimə görə bunu edən polis işçisidir. Heç yaraşdırmadım. Belələri polis adına ləkədir. Bunu edən şəxs lazımi cəzasını almalıdır. Camaatın şəxsi işinə qarışmaq olmaz. Guya Azərbaycanda tək içən Mətanətdir? Bilmək olmaz o qədəhdəki araqdır, yoxsa limon qarışdırılmış su. Hamı süddən çıxmış ağ mayadır. Biz sənət adamları göz önündə olduğumuz üçün etdiyimiz hər hərəkət gözə çarpır.

İnstaqramdakı, şəhərdəki tərbiyəsizləri görən yoxdur. Onları da Mətanət edir? Ey insanlar, bəsdirin, yetər”.

Prodüser Tarix Əliyev də (Tolik) Əsədovaya dəstək durub və “Mətanət sənətini bəyəndiyim sənətçidir. İçki içmək, kişi məclisində oturmaq onun şəxsi işidir. Amma Mətanət orada süfrə başında oturana “Ata, mən də burdayam” deyir. Ona bildirir ki, ay ağsaqqal söyüş söymə. Əgər kimsə Mətanəti çəkirsə və o, bunu görür, heç nə demirsə, demək hər şeyi gözünün qabağına gətirib. Bir də bəzi kişilər Mətanətlə eyni süfrədə oturmağı özünə şərəf bilirsə, deməli, Mətanət bəzi kişilərdən hörmətlidir. Siz Mətanətin sənətinə dəyər verin, şəxsi işini neynirsiz” sözlərini yazıb.

Əməkdar artist Ədalət Şükürov da Mətanətin videosunu paylaşaraq onu yayanları qınayıb.

Videoda söyüşlər olduğu üçün səsi bağlanılıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26