BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

14 fevral – “Sevgililər Günü”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sevgiyə dair nə çox söz söyləndi minlərcə il…Nə çox şey yaşadı aşiq kəslər…Maraqlı olan budur ki, hər kəs öz SEVGİsini yaşadı və hər kəs sevgi deyə öz qəlbini izah etdi…

Bu gün mən də bunu edəcəm, öz ürəyimə güzgü tutacam…
Əsl sevgini yaşadınmı?-deyə sual vermə mənə. Bəlkə də bu sualı yalnız həyata göz yumduğum gün cavablandıracam. Bu gün sadəcə önümə ağlımı, ürəyimi, ruhumu qoyub öz sevgimin xəyalını quracam…

14 Fevral ''Sevgililər Günü''

SEVGİ-Mən əvəzinə ilk əvvəl SƏN deyə bilməkdir…Özündən əvvəl onun xoşbətliyini düşünmək, Onun yanında rahatlıq tapmaq, Güvən duymaqdır.. Hər nə olur-olsun səni sevəcəyini bilərək ÖZÜN olmaqdır…

14 Fevral ''Sevgililər Günü''

SEVGİ-Sevdiyinin ürəyinin gözəlliyinə və sevdasına inanaraq onun xoşbəxtliyi üçün səylə əmək sərf etməkdir…. Sevdiyinin gözlərində rahatlıq tapıb onun ruhuna qərq olmaqdır…

14 Fevral ''Sevgililər Günü''

SEVGİ-Sevdiyinə hörmət etmək, varlığı ilə qürür duymaqdır…. Təbəssümün kimi göz yaşlarını, söhbətlərin kimi susqunluğunu da eyni həvəslə onunla paylaşmaqdır…

14 Fevral ''Sevgililər Günü''

SEVGİ-Həyat qapılarının hamısını açmağa qadir olan tək açardır…

14 Fevral ''Sevgililər Günü''

SEVGİ-MƏN və SƏN anlayışına son qoymaqdır…

14 Fevral ''Sevgililər Günü''

SEVGİ-İnsan övladının çətinliklə tapıb asanlıqla itirdiyi bir məvhumdur…

14 Fevral ''Sevgililər Günü''

Sevgililər gününüz mübarək!

İstixeber.info

 

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26