BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Zərdabda 1 tondan çox narkotik məhv edilib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində daha bir uğurlu əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, iyunun 21-də RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bıçaqçı kəndində yabanı halda bitmiş 150-170 santimetr hündürlükdə ümumi çəkisi 1051 kiloqram olan 1167 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunub.

Aşkar olunmuş çətənə kolları polis əməkdaşları tərəfindən yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26