BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

1 tondan çox çətənə bitkiləri məhv edilib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, iyun ayının 29-da rayonun Qaradağlı kəndi ərazsindəki bələdiyyəyə məxsus torpaq sahəsində yabanı halda bitmiş ümumi çəkisi 1201 kiloqram olan 2312 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunub. Aşkar olunmuş çətənə kolları polis əməkdaşları tərəfindən yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26